Məlumat
Trending

Koronavirus Simptomlari Nələrdir? Covid-19’dan Necə Qorunaq?

Koronavirus simptomlari haqda bilgilərə keçmədən əvvəl onun haqqında ümumi məlumatlara baxaq.

Koronavirus nədir?

Koronaviruslar heyvanlarda və ya insanlarda xəstəlik yarada biləcək böyük bir virus ailəsidir. İnsanlarda bəzi koronavirusların ümumi soyuqdəyməyə, Orta Şərq Tənəffüs Sindromu (Middle East Respiratory Syndrome-MERS) və Şiddətli Kəskin Tənəffüs Sindromu ( Severe Acute Respiratory Syndrome-SARS) kimi kəskin xəstəliklərə qədər tənəffüs yoluxucu xəstəliklərə səbəb olduğu bilinir. Ən son aşkarlanan yeni koronavirus, koronavirus ( COVID-19) xəstəliyinə səbəb olur.

COVID-19 nədir?

COVID-19, ən son aşkar edilən yeni koronavirusun yaratdığı yoluxucu xəstəlikdir. Bu yeni virus və xəstəlik, Çinin Wuhan şəhərində, 2019-cu ilin dekabrında başlamazdan əvvəl bilinmirdi.

Koronavirus simptomlari nələrdir?

COVID-19’un yəni yeni Koronavirus simptomlari yüksək temperatur, yorğunluq və quru öskürəkdir. Bəzi xəstələrin bədəninin bəzi hissələrində ağrı, burun tutulması, burun axması, boğaz ağrısı və ya ishal ola bilər.

Bu koronavirus simptomlari əvvəlcə yüngül olur və tədricən artmağa başlayır. Bəzi insanlar yoluxur, lakin heç bir simptom göstərmir və özünü pis hiss etmir. Əksər insanlar (təxminən 80%) xüsusi müalicəyə ehtiyac duymadan xəstəlikdən ev şəraitində sağalırlar. COVID-19 digər adı ilə yeni koronavirusa yoluxan hər 6 nəfərdən 1-i ciddi xəstələnir və nəfəs almaqda çətinlik çəkir. Yaşlı insanlar və yüksək təzyiq, ürək problemləri və ya şəkərli diabet kimi əsas tibbi problemləri olanların ciddi xəstəliklərə tutulma ehtimalı daha yüksəkdir. Temperatur, öskürək və nəfəs almaqda çətinlik çəkən insanlar mütləq həkimə müraciət etməlidirlər.

COVID-19 — Yeni koronavirus necə yayılır?

İnsanlar COVID-19-u koronavirusa yoluxan digər şəxslərdən tuta bilər. Xəstəlik, COVİD-19 olan bir adam öskürəndə və ya asqqıranda yayılan burun və ya ağızdan kiçik damlalar vasitəsilə insandan insana keçə bilər. Bu damlacıqlar ətrafdakı əşyalara və səthlərə yapışır. Digər insanlar daha sonra bu əşyalara və ya səthlərə toxunaraq, sonra gözlərinə, burnuna və ya ağzına toxunaraq koronavirusa yoluxurlar. İnsanlar koronavirusa koronavirus simptomlari görünən — COVID-19 olan bir insanın öskürək damlacıqlarından nəfəs alsalar da tuta bilərlər. Buna görə də bu simptomlar gördüyünüz insanlardan 1 metr və ya artıq məsafədə olmaq vacibdir.

Dünya Səhiyyə Təşkilatı ( WHO), Koronavirusun yayılma yolları üzərində davam edən araşdırmaları qiymətləndirir və yenilənmiş nəticələri bölüşməyə davam edəcəkdir.

Koronavirusa (COVID-19) səbəb olan virus hava ilə ötürülə bilərmi?

Bu günə qədər aparılan araşdırmalar, Koronavirusa səbəb olan virusun, əsasən hava ilə deyil, tənəffüs damlacıqları ilə təmas yolu ilə ötürüldüyünü göstərir.

koronavirus simptomlari nelerdir covidden nece qorunaq

Heç bir simptom göstərməyən insandan COVID-19-a yoluxmaq mümkündürmü?

Xəstəliyin yayılmasının əsas yolu öskürən olan birinin xaric etdiyi tənəffüs damlacıqlarıdır. Heç bir simptomu olmayan birindən COVID-19-a yoluxmaq riski çox azdır. Ancaq COVID-19 olan bir çox insan yalnız yüngül simptomlarla qarşılaşır. Bu, xəstəliyin erkən mərhələlərində xüsusilə belədir. Buna görə, məsələn, yüngül öskürək olan və özünü pis hiss etməyən birindən COVID-19-a yoluxmaq mümkündür.

Özümü Koronavirusdan qorumaq və xəstəliyin yayılmasının qarşısını almaq üçün nə edə bilərəm?

Hər kəs üçün Koronavirusdan qorunmaq tədbirləri

Bəzi sadə tədbirləri görərək Koronavirusa yoluxma və yayımasını azalda bilərsiniz:

  1. Əllərinizi spirt əsaslı əl lasyon ilə müntəzəm və hərtərəfli təmizləyin və ya sabun və su ilə yuyun.
    Niyə? Əllərinizi sabun və su ilə yumaq və ya spirt əsaslı əl lasyonlarından istifadə əllərinizdə ola biləcək virusları öldürür.
  2. Öskürəndə və ya asqıran zaman özünüzlə digərləri arasında ən azı 1 metr məsafə saxlayın.
    Niyə? Kimsə öskürür və ya asqırırsa, burun və ya ağızdan virus ehtiva edən kiçik maye damlacıqlarını ətrafa səpir. Əgər çox yaxınsınızsa, öskürən adamın xəstəliyi varsa, damcıları, o cümlədən COVID-19 virusu ilə nəfəs ala bilərsiniz.
  3. Gözlərə, burun və ağıza toxunmaqdan çəkinin.
    Niyə? Əllər bir çox səthə toxunur və virus əlinizə yapışa bilər. Çirkləndikdən sonra əllər virusu gözlərinizə, burnunuza və ağzınıza keçürə bilər. Oradan, koronavirus bədəninizə girə bilər və sizi xəstə edə bilər.
  4. Özünüz və ətrafınızdakı insanların tənəffüs gigiyenasına əməl etdiyinə əmin olun. Bu öskürək və ya asqırarkən ağzınızı və burnunuzu əyilmiş dirsək və ya dəsmal ilə örtmək deməkdir. Sonra istifadə olunmuş dəsmalı dərhal atın.
    Niyə? Damlacıqlar virus yayır. Tənəffüs gigiyenasına riayət etməklə ətrafınızdakı insanları soyuqdəymə, qrip və COVID-19 (yeni koronavirus) kimi viruslardan qoruya bilərsiniz
  5. Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Yüksək temperatur, öskürək və nəfəs darlığı çəkirsinizsə, mütləq həkimə müraciət edin və əvvəlcədən zəng edin. Yerli səhiyyə orqanınızın göstərişlərinə əməl edin.
    Niyə? Bölgənizdəki vəziyyətlə bağlı ən müasir məlumatlara yerli hakimiyyət orqanları sahib olacaqlar. Əvvəlcədən zəng etmək tibb işçinizin sizi tez bir zamanda düzgün tibb müəssisəsinə yönəltməsinə imkan verəcəkdir. Bu da sizi qoruyacaq və virusların və digər infeksiyaların yayılmasının qarşısını almağa kömək edəcəkdir.

Koronavirusdan qorunmaq üçün maska taxmalıyammı?

Yalnız COVID-19 — Koronavirus simptomlari (xüsusilə öskürmə) varsa və ya COVID-19 ola biləcək kimsə varsa yaxınlarda maska taxmalısınız. Birdəfə istifadəlik üz maskası yalnız bir dəfə istifadə edilə bilər. Xəstə deyilsinizsə və ya xəstə birinə baxırsınızsa, maska israf edirsiniz. Dünyada maska çatışmazlığı var, buna görə Dünya Səhiyyə Təşkilatı insanları maskalardan ağıllı istifadə etməyə çağırır.

Koronavirusa ev heyvanımdan yoluxa bilərəmmi?

Hong Kongda bu günə qədər bir itin belə yoluxduğuna dair bir nümunə olmasına baxmayaraq, bir it, pişik və ya hər hansı bir ev heyvanının COVID-19 yoluxdura biləcəyinə dair bir dəlil yoxdur. COVID-19 əsasən yoluxmuş bir insanın öskürdüyü, asqərdığı və ya danışdığı zaman yaranan damcılar vasitəsilə yayılır. Özünüzü qorumaq üçün əllərinizi tez-tez və hərtərəfli yuyun.

Koronavirus düşdüyü səthlərdə nə qədər yaşaya bilər?

COVID-19-a səbəb olan koronavirusun səthlərdə nə qədər qalması məlum deyil, lakin digər koronaviruslar kimi davranır. Tədqiqatlar göstərir ki, koronaviruslar (COVID-19 virusu haqqında ilkin məlumatlar da daxil olmaqla) səthlərdə bir neçə saatdan bir neçə günə qədər qala bilər. Fərqli şəraitdə dəyişə bilər (məsələn, səthin növü, ətraf mühitin temperaturu və rütubəti).

Bir bağlamanı COVID-19 bildirildiyi hər hansı bir ərazidən almaq təhlükəsizdirmi?

Bəli. Yoluxmuş bir şəxsin ticarət mallarını çirkləndirmə ehtimalı azdır və köçürülən, səyahət edilmiş və müxtəlif şərtlərə və istiliyə məruz qalan bir bağlamada COVID-19-a səbəb olan virusun tutulması riski də azdır.

Qapalı rinoplastikanı burun dərisini kəsmədən, yumşaq toxumaları açmadan və dəridə iz qoymadan həyata keçiririk. Bu əməliyyatda bütün kəsikləri burun dəliklərindən keçərək edirik. Kənardan heç bir kəsik aparılmır. Buna görə də burunda yara izi olmur. Qapalı Rinoplastika bir sıra üstünlüklərinə görə bu gün ən çox seçilən burun əməliyyatı növüdür.

Etməyəcəyim bir şey varmı?

Aşağıdakı tədbirlər COVID-2019-a qarşı təsirli deyildir və zərər verə bilər:

  1. Siqaret çəkmək
  2. Çox maska taxmaq
  3. Antibiotik qəbul etmək

Hər halda, yüksək temperatur, öskürək və nəfəs almaqda çətinlik çəkirsinizsə, daha ağır bir infeksiyanın inkişaf riskini azaltmaq üçün erkən tibbi yardıma müraciət edin və son səyahət tarixinizi həkiminizlə bölüşməyinizə əmin olun.

korona simptomlari nelerdir

Bu yazıda koronavirus simptomları haqqında məlumat verdik.

Özünüzü və başqalarını COVID-19-dan qorumağın ən təsirli yolları əllərinizi tez-tez yumaq, öskürəyinizi dirsək əyilməklə və ya dəsmalla örtmək və ya öskürən insanlardan ən azı 1 metr məsafə saxlamaqdır.

Mənbə: https://www.who.int/news-room/q-a-detail/q-a-coronaviruses

Daha çox məlumat üçün ==> https://ilhambabayev.com/melumat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button