SEO
Trenddə

Backlink nədir və necə alınır? Backlink ala biləcəyiniz saytlar

Bu yazımda sizə backlink nədir, backlinklərin tipləri, dofollow və nofollow backlinklər və bir çox backlink audit vasitələrindən danışacam.

 

backlink nədir

 

Backlink nədir sualına cavab olaraq qısa desək, bir veb saytdan digərinə verilmiş bir keçiddir. Google kimi axtarış motorları sıralama faktorlarından biri olaraq backlinklərdən istifadə edir.

*Aşağıda saytınız üçün backlink ala biləcəyiniz veb saytları qeyd edəcəm.

Çünki, veb sayt nə qədər çox yüksək DA (Domain Authority) malik backlinki olarsa istifadəçilər üçün o qədər faydalı olduğuna inanırlar. Yüksək keyfiyyətli yəni yüksək DA reytinqinə malik backlinklər bir veb saytın sıralama mövqeyini və axtarış motorları nəticələrində (SERP – Search Engine Result Page) görünməsini artırmağa və ilk sıralarda çıxmasına kömək edə bilər.

Backlink nədir və bizə necə kömək edir?

Backlink axtarış motoru alqoritmində, SEO-da (Search Engine Optimiziation) və veb saytınızı böyütmək üçün qurulmuş strategiyada mühüm rol oynayır. Backlinkləri anlamağın ən asan yolu onlari veb saytlar arasındakı söhbət təsəvvür etməkdir.

Məsələn, Muxtar bloggerdir və idman hadisəsi ilə bağlı çox maraqlı bir məqalə yazır. Tanınmış xəbər saytında çalışan blogger Ümid, öz məqaləsində fikirlərini bölüşərkən Muxtarın məqaləsinə link verir. Və beləliklə saytlar arasında backlink yaranır. Ümidin xəbər saytı populyar olduğuna görə bir çox sayt yenidən yazdığı məqaləyə link verəcəkdir. Bu, xəbər saytının nüfuzunu artırır və Muxtarın məqaləsi də nüfuzlu saytdan dəyərli bir link əldə edir.

Backlinklərin növləri

Backlinklərin iki əsas növü var və biri digərindən daha vacibdir. Backlinklərin tipinin hər birinə və saytınıza necə təsir etdiyinə nəzər salaq.

backlinklərin növləri

Nofollow backlink nədir?

Nofollow etiketi axtarış motorlarına linki görməməyi tapşırır. Bir saytdan digərinə heç bir dəyər ötürmürlər. Yəni, ümumiyyətlə axtarış sıralamalarınıza və ya irəliləməyinizə köməkçi olmurlar.

Dofollow backlink nədir?

Dofollow backlinklər hər kəsin istədiyi backlink növüdür. Yalnız yüksək DA malik veb saytlardan gələn backlinklərin ən çox dəyər verdiyini unutmayın. Bu cür backlinklər axtarış motorlarında veb saytınızın reytinqini yaxşılaşdırmağa kömək edə bilər.

Bununla yanaşı pis və ya ‘zərərli’ hesab olunan backlinklər də mövcuddur. Bu tip backlinkər şübhəli, spam veb saytlardan gəlir və ya axtarış motorlarının xidmət şərtlərini pozaraq əldə edilir. Bu tip backlinklər Google’un saytınızı cərimələməsinə və ya hətta Google indeksindən silinməsinə səbəb ola bilər. Unutmayın ki, əsas şərt backlinklərin sayı deyil, sıralamada fərq qoyan backlinklərin keyfiyyətidir.

Necə backlink əldə etmək olar?

Saytınız üçün backlink yaratmaq bəzən çox vaxt tələb edir. Veb saytınız üçün keyfiyyətli backlinklər yaratmağa başlaya biləcəyiniz 6 sadə yolu aşağıda izah etmişəm.

  1. Sosial media profillərinizdə saytınıza paylaşmaq.
  2. Sıralamada yer alan bir məqalənizi Google-da axtarın və sonra həmin məqaləni inkişaf etdirin və ya genişləndirin.
  3. Siyahı yazıları yazın, “necə hazırlanır” tipli məqalələrə üstünlük verin, infoqrafiklər və ya məqaləniz haqda maraqlı videolar yaradın. Bu formatda yazılar daha çox backlink almanıza kömək edir.
  4. Bələdçi (Guide) məqalələri yazın. Bunlar bir neçə min sözdən ibarət çox uzun yazılardır və mövzunun hər tərəfini əhatə edir.
  5. Digər blog və veb saytlarda qonaq mesajları yazın
  6. Nişinizdə (niche – saytın mövzusu) və ya sənayenizə təsir edənlərlə əlaqə saxlayın və saytınızdakı məqalələr barədə məlumat verin. Bəlkə onlardan veb saytınıza backlink aldınız.

Rəqabəti görmək üçün backlink araşdırması etməyə başlaya bilərsiniz. Bunu etmək üçün, ilk sıralarda rəqiblərinizin backlinklərini görmək lazımdır. Bu rəqib analizini etmək üçün bir sıra tool-lardan istifadə edə bilərsiz: Google Search Console, Ahrefs, SEMrush, Screaming Frog, Majestic, MOZ və s.

Backlink analizi nədir və necə aparılır?

Backlinklərinizə həmişə  diqqət yetirmək çox vacibdir. Google Webmaster Təlimatları zərərli veb saytlardan olan backlinkləri silməyinizi məsləhət görür. Əgər belə etmirsinizsə, onda Google veb saytınızı cəzalandıra bilər və veb saytınız axtarış nəticələrində azalmağa başlayacaq.

Bunlarla qarşılaşmaq istəmirsizsə aşağıdakı sualların cavabını bilməlisiz.

  1. Bütün backlinklərimi haradan görə bilərəm?
  2. Onların zərərli və ya spam olub-olmadığını necə bilə bilərəm?
  3. Və son olaraq zərərli backlinkləri necə silə bilərəm?

Saytınızın trafikini artırmaq və backlinklərinizi görmək üçün Google Axtarış Konsolundan (Google Search Console) istifadə edə bilərsiniz, ancaq bu çox vaxt tələb edə bilər və edə biləcəyi şeylər məhduddur.

Bununla birlikdə daha sürətli və daha yaxşı vasitələr mövcuddur. Məsələn, SEMrush istifadə edərək, bu vacib sualların hər üçünə və daha çoxuna tez cavab verə bilərsiniz.

SEMrush, xüsusi olaraq backlinklərlə məşğul olan iki əsas sahəyə malikdir. Birincisi, rəqiblərinizi öyrənməyə imkan verən Backlink Analytics bölməsidir, ikincisi Backlink Audit sahəsidir.

SEMrush Backlink Audit vasitəsi hər bir backlinki yoxlayır və zərərli olanları sıralayır. Bu sayədə Google veb saytınızı cəzalandırmazdan əvvəl zərərli backlinkləri tapıb rədd edə bilərsiniz.

SEMrush ilə açar söz araşdırması (keyword research) edə və rəqiblərinizin backlinklərini görə bilərsiniz. Backlink profilinizi izləmək saytınızın dəyəri haqqında çox şey söyləyəcək və saytınızın SEO strategiyasının vacib bir hissəsidir.

Ümid edirəm ki, bu məqalə backlinklərin nə olduğunu və veb saytınızı böyütmək üçün necə istifadə edə biləcəyinizi öyrənməyə kömək etdi.

Bu yazımda backlink nədir sualına cavab verməyə çalışdım. Aşağıda backink ala biləcəyiniz saytları sizinlə bölüşürəm.

Pulsuz backlink ala biləcəyiniz yüksək DA sahib saytlar:

https://www.quora.com/
medium.com
https://www.reddit.com/
https://www.pinterest.com/
https://www.pearltrees.com
http://www.scoop.it
https://flipboard.com/
https://ello.co
https://issuu.com
https://list.ly/
https://medium.com/
https://www.bloglovin.com
https://www.diigo.com
https://www.edocr.com
https://www.flickr.com/
kinja.com
https://www.tumblr.com/
mix.com
www.plurk.com
http://slideshare.net/
Back to top button