ƏyləncəMəlumat

Pulsuz Premium Spotify yükləmək qaydası [2020]

Bu məqaləmdə sizə Pulsuz Premium Spotify yükləmək qaydasını başa salacam.

Spotify, istifadəçilərin musiqi dinləməsini asanlaşdıran və reklam olmadan musiqiyə qulaq asmağınıza imkan verən bir tətbiqdir. Ancaq bütün xüsusiyyətlərindən faydalanmaq istəyirsinizsə, onun premium versiyasını almalısınız. Spotify proqramını istədiyiniz kimi istifadə etmək, istədiyiniz musiqini reklam olmadan dinləmək və ya telefonunuza yükləmək üçün sizə Spotify-ı necə pulsuz yükləyib istifadə etməyi öyrədəcəm.

Pulsuz Premium Spotify

Pulsuz Premium Spotify nədir?

Çoxları Spotify proqramını bilir, amma ümumiləşdirsək, əslində sadəcə musiqi dinləməyə yarayan proqramdır. Tətbiqin ən yaxşı tərəfi, sizin üçün xüsusi musiqi siyahıları yaratmaq və istədiyiniz sənətçinin adını yazaraq istədiyiniz mahnısına qulaq asmaqdır. Bununla birlikdə, proqramı tam rahatlıqla reklamsız istifadə etmək üçün premium versiyasını almalısınız. Spotify-ın bir çox xüsusiyyətləri, məsələn, qarışıq musiqi dinləməkdən oflayn qulaq asdığınız mahnılara qulaq asa bilməyinizə qədər pulsuz versiyada qadağa qoyulur və bir çox xüsusiyyət aktiv deyil.

 

Sizə təqdim edəcəyim metod ilə, özümün də illərdi istifadə etdiyim Pulsuz Premium Spotify apk sayəsində bu məhdudiyyətləri aradan qaldırmaq, istədiyiniz musiqi və podcast dinləmək və internetiniz olmasa da musiqi siyahınıza əlavə etmək imkanı əldə edəcəksiniz. Siz də Spotify Premium versiyasına pul vermək istəmir və hələ də proqramı istədiyiniz kimi istifadə edə bilmirsizsə dərhal yükləməyi məsləhət görərdim.

 

Pulsuz Premium Spotify-ın bəzi xüsusiyyətləri aşağıdakılardır:

 

  • İstədiyiniz mahnını reklam olmadan dinləyə bilərsiniz
  • Musiqi dinləyərkən bir-birinə qarışan reklamlardan qurtula bilərsiniz
  • Limitsiz mahnı ötürmə xüsusiyyətindən faydalana bilərsiniz
  • Pulsuz Premium Spotify-ın sizə həftəlik hazırladığı musiqi siyahıları ilə zövqünüzə uyğun yeni musiqilər kəşf edə bilərsiniz.

 

Pulsuz Premium Spotify-ın bəzi ekran görüntülərin (screenshot) sizinlə paylaşıram.

spotify both 1106819 Pulsuz Premium Spotify spotify tipps playlist bearbeiten Pulsuz Premium Spotify

 

Pulsuz Premium Spotify-ı necə quraşdıra bilərsiniz ?

 

Gəldik əsas məsələyə… Spotify-dan pulsuz istifadə etmək üçün nələr etməlisiniz.

1-ci addım. İlk öncə bu linkdən verəcəyim premium Spotify apk faylını yükləyib quraşdırın. https://drive.google.com/file/d/1NVF7H9EiGb9xKMlW78tlWE3ZFztpRgI6/view?usp=sharing

 

2-ci addım. Bildiyiniz kimi Spotify Azərbaycanda işləmir. Azərbaycanda Spotify-ı istifadə etmək üçün VPN-dən istifadə etmək lazımdır. Verdiyim linkdəki VPN proqramını Play Marketdən yükləyin. Daha sonra VPN proqramını açıb Amerika seçib qoşulun. Qoşulduqdan sonra Spotify proqramını açıb e-mail ilə qeydiyyatdan keçə bilərsiniz. https://play.google.com/store/apps/details?id=free.vpn.unblock.proxy.turbovpn&hl=en

 

3-cü addım. Əgər Spotify-dan Facebook hesabınız ilə qeydiyyatdan keçmək istəyirsinizsə o zaman smartfonunuzdan Facebook proqramını müvəqqəti silməyiniz lazımdır. Daha sonra rahatlıqla Spotifyda profil aça biləcəksiniz.

Bir neçə həftə istifadə etdikdən sonra Spotify-a daxil olduqda profildən çıxdığını görə bilərsiniz. Bu zaman sadəcə 2-ci addımda edilənləri təkrarlamaq lazımdır. Profiliniz geri qayıdacaqdır.

Mən bu metodla illərdir ki, Spotify Premium versiyasından pul vermədən istifadə edirəm. ümid edirəm sizə kömək ola bildim. Spotify-dakı playlistimə buradan baxa bilərsiniz 🙂

Hər hansı bir çətinliklə rastlaşsanız rəy bölümünə yaza bilərsiniz.

Rəy yazın

Back to top button
Close