MəlumatTexnologiya Xəbərləri

WiFi qirmaq üçün Proqram Yukle 2022

cinayet mecellesi wifi

Modemlərin WPS sistemindəki boşluqlardan istifadə edərək Wifi qırmağa yarayan bir çox proqramdan istifadə edirlər.

WiFi, kompüterlər və ağıllı telefonların modemlərlə mübadiləsi və internetə çıxışın təminatı üçün istifadə olunur. Ancaq bu modemlərdə problem olur. Zəifliklər və s. WiFi parolunu sındırmaq və ya Wifi qırmaq istəyənlər bu modemlərin parollarını sındırmağa çalışırlar. Bunun üçün bir çox proqram var. Ən güclü modem markaları bu mövzuda çox sürətli bir hərəkət edə bilsə də, çox köhnə proqram təminatı olan WiFi modemlər hələ də açıq təhlükəsizliklə gözləyirlər.

Özünüzü wifi parol sındırma proqramlarından qorumaq üçün modem proqramınızı yeniləməyi və WPS parametrlərinizi söndürməyi unutmayın.

SUAL:    WPS parollarını tapan proqramları yukleyib wifi parollarını ələ keçirmək cinayət daşıyırmı?

CAVAB:   BƏLİ!

WiFi qırmağın cinayət olduğun bilmirdinizsə altdakı Cinayət Məcəlləsindən götürdüyüm hissəni oxuyun.

cinayet mecellesi wifi

Maddə 271. Kompyuter sisteminə qanunsuz daxil olma

271.1. Kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma –

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[740]

271.2. Eyni əməllər:

271.2.1. təkrar törədildikdə;

271.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

271.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

271.3. Bu Məcəllənin 271.1 və ya 271.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

  1. Bu Məcəllənin 271-273-2-ci maddələrində “kompyuter sistemi” dedikdə, müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür.
  2. Bu Məcəllənin 271-273-2-ci maddələrində “kompyuter məlumatları” dedikdə, kompyuter sistemində işlənməsi, emal edilməsi üçün yararlı olan istənilən informasiya (faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa düşülür.
  3. Bu Məcəllənin 271-273-cü maddələrində “ictimai əhəmiyyətli infrastruktur obyekti” dedikdə, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən xidmətlər göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kredit təşkilatları, sığorta şirkətləri,qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər,investisiya fondları və bu fondların idarəçiləri başa düşülür.[742]

Maddə 272. Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə

272.1. Kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi –

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[743]

272.2. Eyni əməllər:

272.2.1. təkrar törədildikdə;

272.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

272.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[744]

272.3. Bu Məcəllənin 272.1 və ya 272.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 273. Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə

273.1. Kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[745]

273.2. Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[746]

273.3. Bu Məcəllənin 273.1 və ya 273.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

273.3.1. təkrar törədildikdə;

273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

273.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[747]

273.4. Bu Məcəllənin 273.1-273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

  1. Bu fəslin maddələrində “əhəmiyyətli zərər” dedikdə, ictimai təhlükəli əməl nəticəsində min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm zərərin vurulması başa düşülür.
  2. Bu Məcəllənin 273.2-ci maddəsində “kompyuter sisteminin işləməsinə ciddi maneə törədilməsi” kompyuter sisteminin normal fəaliyyətinin elə bir pozulmasıdır ki, kompyuter sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya digər kompyuter sistemləri ilə məlumatları mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın.

Maddə 273-1. Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi

273-1.1. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi bu Məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi olan qurğuların və ya kompyuter proqramlarının istehsalı, həmin cinayətlərin törədilməsi məqsədi ilə idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı, yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, əhəmiyyətli zərər vurduqda –

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

273-1.2. Kompyuter parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların bu Məcəllənin 271—273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi məqsədilə istehsalı, saxlanılması və ya istifadə üçün əldə olunması, əhəmiyyətli zərər vurduqda –

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

273-1.3. Kompyuter parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların bu Məcəllənin 271—273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə digər formalarda şərait yaradılması –

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[748]

273-1.4. Bu Məcəllənin 273-1.1-273-1.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

273-1.4.1. təkrar törədildikdə;

273-1.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

273-1.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[749]

Maddə 273-2. Kompyuter məlumatlarının saxtalaşdırılması

Saxtalaşdırılmış kompyuter məlumatlarını autentik (həqiqi) kompyuter məlumatları kimi qələmə vermək və ya istifadə etmək məqsədilə kompyuter məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və ya bloklama, bu əməllər ilkin kompyuter məlumatlarının autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olduqda –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[750]

WiFi qiran proqram son versiya yükəyərək WiFi qırmaq fikrinizi bir də düşünün məncə…

WiFi şifrənizi öyrənmək istəyənlər

WiFi qiran proqram proqramlarından yukleyib istifadə edirlər. Son 3-4 ildə populyar olan proqram düşünülən qədər effektiv işləmir.

WiFi qiran proqram yukle WiFiləri WPS adlı bir texnologiya ilə qırır. Bu proses ən çox 2 və ya 3 dəqiqə çəkir.

Daha çox məlumat üçün baxa bilərsiniz. https://ilhambabayev.com/texnologiya-xeberleri

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button