Təhsil

1 ci qrup ixtisaslar hansılardır? 1 ci qrup fenler

Bu yazıda 1 ci qrup ixtisaslar ve 1 ci qrup fenler barədə məlumat verəcəyik.

Təhsil həyatımızın demək olar ki ilk pillələrinə qədəm qoyarkən ixtisas seçimi mövzusunda götür-qoy etməyə məcbur oluruq. Belə seçimlərə ciddi yanaşmaq və məsuliyyətli davranmaq gələcək həyat və fəaliyyətimiz üçün çox vacibdir. Təhsil həm özünü məşğulluq üçün həm də dövlətin inkişafı üçün çox vacib məsələdir. Azərbaycan respublikasında universitetə qəbul üçün müəyyən qrupları seçmək lazımdır. Belə ki bunlar 5 ixtisas qrupuna ayrılır.

~ 1 ci qrup ixtisaslar 

~ 2 ci qrup ixtisaslar

~ 3 cü qrup ixtisaslar

~ 4 cü qrup ixtisaslar

~ 5 ci qrup ixtisaslar

Müəllimlərin qəbul imtahani test suallari ve 1 ci qrup ixtisaslari

Hər qrup üçün hansı fənnlər lazımdır qısaca nəzər salaq.

  • 1 ci qrup fenleri : Riyaziyyat, Fizika, Kimya, İngilis dili və Azərbaycan dili.
  • 2 ci qrup fənnləri : Azərbaycan dili, Riyaziyyat, Xarici dil, Coğrafiya və Tarix ( Azərbaycan və Dünya).
  • 3 cü qrup fənnləri : Azərbaycan dili, Riyaziyyat, Xarici dil, Tarix ( Azərbaycan və Dünya) və Ədəbiyyat.
  • 4 cü qrup fənnləri : Azərbaycan dili, Riyaziyyat, Xarici dil, Kimya, Fizika və Biologiya.
  • 5 ci qrup fənnləri : Azərbaycan dili, Riyaziyyat, Xarici dil.

 

Əgər siz 1 ci qrup ixtisaslar üzrə seçim etmək istəyirsinizsə texniki fənn biliyiniz nəzəri fənn biliyindən üstün olmalıdır. Çünkü bu qrupun adı çəkilən zaman hər birimizin ağlına Rizayiyyat, Fizika, Kimya gəlir. Elə bu qrupda ən çox bal gətirən fənnlər Fizika və Riyaziyyyatdır. Hər bir düzgün sual üçün bu fənnlərdə alacağınız bal 8-dir. Gəlin 1 ci qrup fenleri üzrə harada və hansı ixtisaslarda təhsil ala bilərsiniz nəzər salaq.

 

İT – İnformasiya Texnologiyaları. Bu ixtisas seçimi edərkən heç bir tərəddüt etməyinizə ehtiyyac yoxdur. Gələcəyin ixtisası olaraq da bilinən İT yalnız bu sahəyə marağınız varsa seçilənlər siyahısına əlavə edə biləcəyiniz ixtisasdır. İT sahəsi üzrə təhsili universitet seçimindən asılı olaraq xarici dildə də ala bilərsiz. 

1 ci qrup ixtisaslar arasında İnformasiya Texnologiyaları sahəsi üzrə tələbə qəbul edən təhsil ocaqlarını aşağıdakı siyahıda topladıq : 

 

Kompüter Elmləri və Komputer Mühəndisliyi 

Kompüter Elmləri və İT sahəsi bir-biri ilə sıx əlaqəlidir. Buna görə də bəzən seçim edərkən qərar vermək çox çətin olur, amma hər zaman seçimlərinizi yaxşı analiz etməli və gələcək üçün bunun vacib olduğunu unutmamalısız. İndi də Kompüter elmləri üçün olan Universitetlərə nəzər salaq.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
  • ADA Universiteti 
  • Xəzər Universiteti 
  • Gəncə Dövlət Universiteti 
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 
  • Azərbaycan Texniki Universiteti 
  • Bakı Dövlət Universiteti 
  • Azərbaycan Texnologiya Universiteti (Gəncə)

Kimya Mühəndisliyi

Kimya mühəndisliyi üzrə ixtisaslaşaraq, həyatın bütün sahələrini özündə cəmləşdirən bir peşəyə sahib olacaqsınız. Yeməyin tərkibi, gündəlik istifadə etdiyimiz enerji, geyimin tərkibi və s. Bir çox sahə kimya mühəndisliyindən qaynaqlanır. Bu kifayət qədər geniş bir ixtisasdır. Bu ixtisası aşağıdakı universitetlərdə öyrənə bilərsiniz:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
  • Bakı Dövlət Universiteti 
  • Bakı Mühəndislik Universiteti 
  • Bakı Ali Neft Məktəbi 
  • Azərbaycan Texnologiya Universiteti ( Gəncə) 
  • Sumqayıt Dövlət Universiteti 
  • Xəzər Universiteti 

Sənaye Emalı ixtisası

İnsan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, materiallar və proses kimi komponentlər sisteminin yaradılması, tətbiqi və inkişafı ilə məşğul olan bir mühəndislik sahəsidir. Prototiplər yaratmaq, satmaq və eyni zamanda Fizika, Riyaziyyat və s. üçün də mövzularla maraqlanırsınızsa, bu ixtisas sizin üçün idealdır. Bu ixtisası aşağıdakı universitetlərdə öyrənə bilərsiniz:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
  • Bakı Mühəndislik Universiteti 
  • Sumqayıt Dövlət Universiteti.

Memarlıq və Dizayn

Bu ixtisas həm daxili, həm də xarici dizaynda peşəkar olmaq şansı verir. Bacarıqlarınız və ya maraqlarınız varsa, ixtisas sizə aiddir. Memarlığın tədris olunduğu ən yaxşı universitetlər bunlardır:

  • Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) 
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ( ADRA) 
  • Bakı Mühəndislik Universiteti (BMU) 
  • Naxçıvan Dövlət Universiteti 

Uçuş Mühəndisliyi

Pilot olmaq istəyirsinizsə, bu ixtisas sizin üçündür. 1 ci qrup ixtisaslar arasında heç şübhəsiz ki ən prestijli ixtisas budur. Bu ixtisasa qəbul olmaq üçün “Bədən tərbiyəsi”, “Psixofizyoloji peşəsi seçimi” və “Bədən tərbiyəsi” mövzularında altı xüsusi qabiliyyət testini keçməlisiniz. 23 yaşdan yuxarı olmamalısan. Gələcəyinə şübhə olmayan və tələbatı yüksək olan bu ixtisasa aşağıdakı universitetdə təhsil alanlar yiyələnə bilər.

Milli Aviasiya Akademiyası – 1 ci qrup ixtisasları

1 ci qrup ixtisaslar və 1 ci qrup fenler yazımızın sonuna gəldik. Ümid edirik ki bu çətin ama bir o qədər də maraqlı olan ali təhsil həyatınızda sizlərə bir qədər kömək etmiş olduq. 1 ci qrup ixtisaslar seçimində öz marağınızda olan sahəyə yönəlməyinizi tövsiyə edirik. 

Təhsil haqqında daha çox xəbər və məlumat üçün: https://ilhambabayev.com/tehsil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button