Əyləncə

Çətin Tapmacalar və Cavabları

Bu yazımda sizə tapmacalar nədir, çətin tapmacalar və s. haqqında danışacam. Tapmaca Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və maraqlı janrlarından biridir. Tapmacalar – zehni qabiliyyəti, ağlın və məntiqin çevikliyini yoxlamaq məqsədilə yaradılmışdır. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü-gizli şəkildə verilir və ya başqa bir əşyaya-obyektə bənzədilir, onun tapılması tələb olunur.

Tapmacada obyekti və ya əşyanı təsvir edərkən onu başqa obyektlərdən fərqləndirən əlamətləri söyləmək lazımdır. Obyektin əlamətləri düzgün deyilmədikdə onu tapmaq çətin olur. Məsələn, siz qaşığı təsvir etmək istəyirsiniz. Əgər “dəmirdən hazırlanıb, mətbəxdə istifadə olunur” desəniz, onda “qaşıq”,“çəngəl”, “bıçaq”, “tava” kimi əşyalar ağlınıza gələ bilər. Ancaq əlavə etsəniz ki, “onunla sup yeyirlər”, söhbətin qaşıqdan getdiyini bilmək olar.

Tapmacalar və onların növləri

Tapmacaların müxtəlif növləri vardır:

  • Gülməli tapmacalar
  • Çətin tapmacalar
  • İnsana aid tapmacalar
  • Məntiqi tapmacalar
  • Riyazi tapmacalar
  • Fərqli tapmacalar və s.

Tapmacalardan bəziləri

 

maraqli tapmacalar ve acmasi

A lalələr, lalələr,
Gümüşdən piyalələr,
Göbəyindən dən yeyər
Bel üstündən balalar.

Tapmacanın Açması: Rəndə

At baba, ha hut baba,
Dolan evi yat, baba.

Tapmacanın Açması: Süpürgə

Şəkli işıqdan,
İpi var mıxdan.

Tapmacanın Açması: Güzgü

Əyri-müyrü hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?

Tapmacanın Açması: Tüstü və baca

Suda bitər, Suda itər.

Tapmacanın Açması: Buz

Atdan hündür, itdən alçaq.

Tapmacanın Açması: Yəhər

O nədi ki, gecə-gündüz yol gedər, Bircə qarış yol gedər

Tapmacanın Açması: Saat

Zər zərə yapışar, Zər divara yapışar.

Zərgər getdi gəlmədi, Zər divardan qopmadı.

Tapmacanın Açması: Açar, qıfıl

Qənddən şirin, Baldan şirin. Tərəzidə çəkilməz, Bazarda satılmaz.

Tapmacanın Açması: Yuxu

Uşaqlar üçün tapmacalar

Səhər çağında,

Gilas bağında,

Uçurdu bir quş,

Edirdi cik-cik.

Tapmacanın Açması: Sərçə

Gecə çağında,

Göl qırağında,

Tapın görək nə

Edərdi qurr-qurr?

Tapmacanın Açması: Qurbağa

Yağış yağanda

Çimər, yuyunar.

Yayda geyinər,

Qışda soyunar.

Tapmacanın Açması: Ağac

Göydən gələ-gələ,

Düşür gilə-gilə,

Bunun adı nədir?

Gərək hamı bilə.

Tapmacanın Açması: Yağış

Gülməli tapmacalar

Oğrular niyə modanı izləyirlər?
Tapmacanın Cavabı: Ciblərinin yerini öyrənmək üçün.

Heç qar yağmayan hava hansıdır?
Tapmacanın Cavabı: Oyun havası.

Hansı bağda üzüm yetişməz?
Tapmacanın Cavabı: Ayaqqabı bağında.

Ən gözəl qoxan fil hansıdır?
Tapmacanın Cavabı: Qərənfil.

5 illik məktəbi 30 ildə bitirənə nə deyirlər?
Tapmacanın Cavabı: Müəllim.

Qaranlıqda nəyimizi görə bilmərik?
Tapmacanın Cavabı: Kölgəmizi.

İnsana aid tapmacalar

Ağırlığın yer götürər,
Ruzusun Allah yetirər.

Tapmacanın Açması: Yeni doğulmuş körpə

Ala qapı, zəncir sapı,
Beş budağı, bir yarpağı.

Tapmacanın Açması: Əl

Altı çəpər, üstü çəpər,
İçində qara quş səkər.

Tapmacanın Açması: Qara göz
Bir ağacım var – bir gövdəsi, beş budağı,
Hər budaqda bir sədəf.

Tapmacanın Açması: Bilək, barmaqlar və dırnaqlar
Daha çox çətin məntiqi suallar və cavablari bu yazıdadır.

Əlaqəli məqalə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button