MəlumatTexnologiya Xəbərləri

Clubhouse nədir? Androiddə necə istifadə edə bilərsiz?

Bu yazımda Clubhouse nədir, Clubhouse necə qoşulmaq olur və Android smartfonlarda necə istifadə oluna bilər kimi suallara cavab verəcəm.

Sosial şəbəkə platformalarından biri olan Clubhouse, son vaxtlar populyar tətbiqetmələr sırasındadır. Facebook və Instagram-dan fərqli olaraq rəqəmsal texnologiya çağını yaxından izləyənlər tərəfindən araşdırılan bu tətbiqdə video və foto paylaşılmır. Hələ ki, sadəcə İOS istifadəçilərinə yükləmə fürsəti verən Clubhouse ilə əlaqədar istifadə, üzvlük və dəvət tələbi hərkəsi maraqlandırır. İstifadəçilərinin söhbət otaqları vasitəsilə səslə qarşılıqlı əlaqə qurmasına imkan verən Clubhouse nədir, necə istifadə olunur? Clubhouse’a necə üzv olmaq olar və dəvətnamə məcburidirmi?

clubhouse nedir

Clubhouse nədir necə istifadə olunur?

İstifadəçilərə söhbət otaqları vasitəsilə səslə əlaqə qurma imkanı təqdim edən Clubhouse sosial mediada populyardır. Tətbiqi telefonlarına yükləmək istəyənlər əvvəlcə dəvət almalıdırlar. Məşhurluğu sürətlə yayılan tətbiqetmədə istifadəçilər söhbət menecerindən icazə alsalar söhbət otaqlarında söhbətə qoşula bilər və ya söhbətə yalnız dinləyici kimi qoşula bilərlər. Yaxşı Clubhouse nədir, necə istifadə olunur? Bir Clubhouse üzvü olmaq üçün necə dəvətnamə əldə olunur?

Dəvət sistemi ilə işləyən Clubhoues son günlərin ən populyar tətbiqidir. Yalnız dəvət sistemi ilə iOS istifadəçiləri tərəfindən istifadə edilə bilən Clubhouse Alpha Exploration Co. proqram şirkəti tərəfindən hazırlanmış, səsli söhbət otaqları vasitəsilə qarşılıqlı fəaliyyətə imkan verən bir sosial şəbəkə platformasıdır. Eyni zamanda, tətbiqi istifadə edən bir istifadəçidən dəvət almaq üzv olmaq şərtlərindəndir.

Clubhouse haqqında bilinməyənlər!

Clubhouse, səsli söhbət otaqları vasitəsilə dəvət sistemi ilə işləyən bir platformadır. Clubhouse’da istifadəçilər səs otaqları yaradır və səs yazılarını orada paylaşırlar. Hər kəsin qeydiyyatdan keçə bilmədiyi bu platforma yalnız dəvət sistemi ilə işləyir. Sizi dəvət edə biləcək tanıdığınız biri yoxdursa, sistem sizi növbəyə qoyacaqdır. Sıra çatdıqda üzvlük prosesi tamamlanır.

Clubhouse necə istifadə olunur?

Clubhouse tətbiqi istifadəçilərinə söhbət otaqları vasitəsilə səsli əlaqəyə imkan yaradır.

Mövzuya uyğun olaraq qurulmuş söhbət otaqlarında istifadəçilər söhbət menecerindən icazə alsalar söhbətə qoşula bilər və ya söhbətə yalnız dinləyici kimi qoşula bilərlər.

Clubhouse ilə bağlı maraqlı və faydalı linklər:

https://clublink.to saytı üzərindən tədbirinizin(otağın) url ünvanını qısalda bilərsiniz

https://clubhype.io ilə event üçün sosial mediada paylaşarkən “öncədən görüntü”(preview) və “landing page” yarada bilərsiniz

https://shorten.club ilə linklərinizi və maraqlı qeydlərinizi rəqəmli linklərə çevirə bilərsiniz(rahat paylaşmaq üçün)

https://gethostnotes.com ilə tədbirlərinizə veb üzərindən nəzarət edə, onu əla tədbirə çevirə, agenda yarada, faydalı linklər bölüşə, qaydalarınızı tətbiq edə bilərsiniz və s.

https://clubhousebio.xyz Hesabınızın məlumat hissəsini brauzer üzərindən asan yeniləyə bilərsiniz

https://avatar.lvwzhen.com hesabınız üçün maraqlı avatarlar(profil fotosu) hazırlaya bilərsiniz

https://clubrecorder.com – Bu hamımız üçün maraqlıdır. Qatıldığınız otaqdakı söhbətləri bu sayt vasitəsi ilə yazıb sonra dinləmək mümkündür

https://roomsofclubhouse.com açıq otaqları tapıb onları mövzu və dillərə uyğun filtr etmək

Twitter, FacebookInstagram-dan fərqli olaraq, Clubhouse tətbiqetməsində mətn mesajlaşması, video söhbət, yazı və ya foto paylaşımı yoxdur.

Rəsmi tətbiq hazırda yalnız iOS istifadəçiləri üçün əlçatandır. 

Clubhouse android cihazlarda necə istifadə etmək olar?

Clubhouse android cihazlarda istifadə etmək üçün aşağıdakı verəcəyim linkdən daxil olub APK faylını yükləyə bilərsiniz. Nömrənizlə qeyd olaraq sadəcə kiminsə sizi dəvət etməsin gözləməlisiz.

Clubhouse Android

\

clubhouse nədir necə qosulmaq olar

Clubhouse’a necə daxil olmalı və ya dəvətnamə əldə edilməlidir?

  1. Hal-hazırda, yalnız iOS istifadəçiləri üçün mövcud olan tətbiqi cihazınıza yükləməlisiniz.
  2. İstifadəçi adı seçib SMS-lə hesabınızı təsdiqlədikdən sonra Clubhouse, hesabınızı gözləmə siyahısına salır.
  3. Tətbiqin onsuz da üzvü olan bir istifadəçi bir dəvət göndərirsə, üzvlük prosesi gözləmə siyahısına girmədən tamamlanır.
  4. Üzvlük prosesi başa çatdıqdan sonra səsli qarşılıqlı əlaqə quraraq dinləyici və ya natiq olaraq sizi maraqlandıran müxtəlif mövzularda söhbət otaqlarına qoşula bilərsiniz.

Clubhouse Android əməliyyat sistemli telefonlarda varmı?

Dəvət sistemi ilə işləyən Clubhouse məhdud istifadəçilərə müraciət edir. Populyarlığı gündən-günə artan tətbiqetmənin Android cihazları üçün də yaradılma prosesində olduğu bildirilir.

Clubhouse nədir, Clubhouse necə istifadə olunur və s. kimi suallara aydınlıq gətirdik. Clubhouse tətbiqini iOS əməliyyat sistemiylə işləyən cihazınıza yükləmək üçün buraya klikləyə bilərsiniz.

Daha çox məlumat üçün baxa bilərsiniz. ==> https://ilhambabayev.com/melumat


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button