Əyləncə

Ad Gunu Tebrikleri – Hazir Ad Günü Mesajlari

Bu yazıda müxtəlif ad günü mesajları, ad günü tebrikleri ve s haqqında danışacıq. Dostlarımızın, anamızın, atamızın, həyat yoldaşımızın və ya sevgilimizin doğum günü olduqda, edə biləcəyimiz şeylərdən bir addım da qabağa gedib bu xüsusi gündə onları sevindirmək üçün aylarla  planlar qururuq. Onlara gözəl hədiyyələr alırıq, möhtəşəm bir restoranda yeməyə aparırıq və ya bütün yaxınlarımızın iştirak etməsi üçün əyləncəli bir yığıncaq təşkil edirik.

Bir sözlə, sevdiyimiz insanların ad günlərində xüsusi hiss etmələri üçün əlimizdən gələni edirik. Yuxarıda göstərilən fikirlərin hamısı doğum günlərini unutmadığınız üçün sevdiklərimizi xüsusi hiss etdirir. Ancaq onlara olan sevginizi göstərə biləcəyimiz ad gunu tebrikleri də yuxarıda sadaladığımız planlara daxil olmalıdır, çünkü dogum gunu tebrikleri onların özlərini möhtəşəm hiss etməsi üçün ən qısa vasitədir. 

Ən təsirli ad gunu tebrikleri ilə yaxınlarınızı necə sevindirəcəyinizi soruşursunuzsa, mesajınızda ən yaxşı sözləri seçdiyinizə əmin olun ki, onlara olan qayğınızı hiss etsinlər. Unutmayın, dogum gunu tebrikleri onlara olan sevginizi əks etdirməlidir. Bu, mütləq doğum günlərini daha mənalı edəcəkdir. Ancaq mükəmməl mesaj yazmaq üçün hansı sözlərdən istifadə edəcəyinizi bilmədiyiniz zaman qorxamağınıza səbəb yoxdur. “Qorxmaq” deyirəm çünki sevdiyimiz insanlar üçün doğru sözlərlə ad günü mesajı yazmaq son dərəcə çətindir. Çətin iş isə insanoğlunu daim qorxudur 🙂

Haradan başlayacağınızı bilmirsinizsə, sevdiklərinizin ad gunu tebrikleri mesajını alacağınız 1 buket qızıl gülün və ya 1 qutu şokoladın içinə kağıza yazıb onlara hədiyyə edin. Ən çox bəyəndiyiniz mesajı seçin və yaxınlarınıza “Ad günün mübarək” deyin. Bu il öz ad günlərində onlara böyük və unudulmaz hisslər bəxş edin.

hazir ad gunu tebrikleri ve mesajlari

Aşağıda tərtib etdiyimiz təəccüblü ad günü tebrikleri mesajları ilə yaxınlarınızı gülümsətməyə başlayın.

 

Mənalı ad gunu tebrikleri :

 

~ Həyatın mənasını gülümsəmələrinə görə ölç, göz yaşlarına görə yox. Ad günün mübarək.

 

~ Sən həyatındakı və yaxınındakı insanlara hər zaman ilham qaynağı və dəstək oldun. Hər zaman gülümsə və xoşbəxt ol. Yaxşı ki varsan!

 

~ Kaş ki sənin kimi hər hərəkəti ilə insanları xoşbəxt edən biri ola bilsəm, amma sənə çatmağım mümkün deyil. Yaxşı ki varsan!

 

~ Gözlərini yum və tortun üstündə sənin üçün yanan şamları üflə. Bu il sənin üçün dilənən diləklərin reallaşmasına vəsilə ol. Ad günün mübarək.

 

~ Hamı məni rədd edəndə belə yanımda idin. Mənə öz sevgini göstərdin. Mənə olan sevgini heç vaxt unuda bilməyəcəm. Həyatıma girdiyin üçün təşəkkür edirəm, ad günün mübarək!

 

~ Həyatın hər zaman tortun üstündəki yanan şamlardan daha parlaq olsun. Doğum günün mübarək.

 

~ Ümid edirəm ki, istədiklərini əldə edə biləcəyin, istədiyin hər şeyə cavab tapa biləcəyin və həyatındakı bütün boşluqları doldura biləcəyin gözəl bir il olar. Ad günün mübarək!

 

~ Ad günü həmişə yeni başlanğıc və hədəflər üçün xüsusi bir gündür. İnşallah bu il yeni başlanğıclar quracağın və hədəflərinə çatacağın bir il olacaq. Ad günün mübarək!

 

~ Ümid edirəm ad günün ürəyinin istədiyi hər şeyi gətirər! Ad günün mübarək!

 

~ Mənə hər an gətirdiyin xoşbəxtliyi hiss edəcək bir il diləyirəm. Ad günün mübarək!

 

Uzun dogum gunu tebrikleri ve mesajlari :

ad gunu tebrikleri

~ Ən bahalı almazdan da dəyərlisən. Sən yalnız güclü və ağıllı deyil, eyni zamanda mülayim və düşüncəlisən. Doğum günün hər il sənə nə qədər qayğı göstərdiyimi və qiymətləndirdiyimi göstərmək üçün ən yaxşı fürsətdir. Ad günün mübarək!

 

~ Sənin kimi bir insanla tanış olduğum üçün nə qədər şanslı olduğuma inana bilmirəm. Həyatımın hər gününü çox xüsusi edirsən. Ümid edirəm ad günün indiyə qədər ən özəl günlərdən biri olacaq. Ən gözlər sabahlar səninlə açılsın. Ad günün mübarək.

 

~ Nə zaman gülümsəməyimin bir səbəbi olmadığını düşünsəm, gülməli hallarınla məni güldürürsən. Ən pis anlarımda belə mənə belə hiss etdirdiyin üçün səni tanımağıma çox sevinirəm. Ad günün mübarək!

 

~ Həyatın ən yaşanılmaz tərəflərini belə yaşanılır edən mükəmməl bir dost … Mənim hər zaman yanımda olduğuna və layiq olmadığım zaman belə mənə dəstək olduğuna görə çox təşəkkür edirəm. Sənə çox borcluyam Ad günün mübarək!

 

~ Bu illər ərzində mənə göstərdiyiniz dəstəyi və cəsarəti heç vaxt unutmayacağam. Sizin kimi insanlar olmasaydı, mənim kimi həyat cəsarəti olmayan insanlar çox olardı. Ümid edirəm bu il də həyatla barışdırdığınız insanlar olacaqdır. Ad günün mübarək!

 

~ Bilirəm bu gün də çoxlu işlərin var, amma bu gün özünə bir yaxşılıq et və dünyanı xilas etməyə biraz ara ver. Bu xoşbəxt günü özünə ayır. Ad günün mübarək!

Ad gunu tebrikleri üçün bu yazılardan ilham alın..

Ad günü mesajları yazarkən sevdikləri insanlar üçün səhifələrlə ad gunu tebrikleri yaza bilən insanlar var. Ancaq “Ad günün mübarək” cümləsindən kənara çıxmaq istəyənlər üçün yuxarıda ilham ala biləcəyi təklifləri sadaladıq. İstər dogum gunu tebrikleri adlı yazımızdan ilham aldın və ya ad günündə sevdiyiniz birinə bəyəndiyiniz bir mesaj göndərin, bunun bir əhəmiyyəti yoxdur. Əsas odur siz onu yada salırsız və bir mesajla olsa belə qeyd edirsiz. İnanın həyatda ən böyük ad gunu tebrikleri məhz sizin həmin günü xatırlamağınızdır. Sizinlə birlikdə bizim sayt da ad günü olan doğmalarınızı səmimi qəlbdən təbrik edirik.

Menali sozler ve statuslar yazima burdan baxa bilərsiniz.

Başqa yazılar üçün baxa bilərsiniz: https://ilhambabayev.com/bloq

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button