Əyləncə

Menali Sozler və Menali Statuslar 2022

En gozel menali sozler, maraqli, qemli, gulmeli dini ve menali statuslar, hazir mesajlar ve menali sekiller 2021 təqdim edirik. Maraqli statuslar burada.

Menali statuslarmenali sozler xüsusilə sosial mediada ən çox yayılmış yazılardan biridir. Hər kəsin rəğbətini qazanacaq menali statuslari oxumaq və istifadə etmək istəyirsinizsə, doğru yerdəsiniz. Sevgililər üçün Gözəl Sözlərlə sevdiklərinizin üzündə gözəl bir təbəssüm yarada bilərsiniz. İstər sosial mediada, istərsə də mesaj şəklində göndərə biləcəyiniz qısa, uzun, təsirli və menali sozler ve menali statuslar daha çox seçim ilə bu başlığın altındadır. Budur 2021ci ilde menali və sevgililərə ən gözəl sözlər!

Menali sozler ve hazir mesajlar listini size teqdim edirem

  • Səni sevəni sevmək özünə vurğunluqdur. Səni sevməyəni sevmək, bax bu məhəbbətdir…
  • Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.
  • Əgər bir insan sənin üçün həqiqətən də dəyərlidirsə, o sənə nə qədər acı yaşatsa da, sən onu bağışlayacaqsan…
  • Heç bir şey yolunda getmir əslində, sadəcə mən görməməzliyə vururam.
  • Qəribədir insan, eyni zarafata dəfələrlə gülməz amma eyni acıya dəfələrlə ağlayar.
  • Hər kəsin istədiyi kimi biri olmaq üçün doğulmamışam.
  • Heç vaxt başqa insanlar üzülməsin deyə özünü üzmə. Unutma; Sən dözürsənsə, onlar da dözə bilər.
  • Könül almağı bacarmayana ömür əmanət edilməz..
  • Həyatdan dərs almağı bacaran insan xoşbəxtdir.
  • Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.
  • Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu.
  • Dünyadakı ən qəribə və üzücü şey; Bir vaxtlar bir-birinin hər şeyini bilən iki insanın tamamilə yadmış kimi davranmasıdır.
  • Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.
  • Məsafələr, sevməyi bacarmayanların bəhanəsidir…
  • Bəzən düşünmədən yaşamaq lazımdır, bəzən də yaşadıqlarını düşünməmək…

Aforizmler ve Hikmetli sozler yazima burdan baxa bilərsiniz.

menali statuslar ve sozler

Dahilerden menali sozler ve maraqli sozleri sizə təqdim edirəm

  • Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür.
  • Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağlından şikayətlənmir. – Fransua de Laroşfuko
  • Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar aydınlığa?
  • Söyləmək istəyib də söyləyə bilmədiyim çox şey var.. Kiminin üzünə kiminin gəlmişinə, keçmişinə. – Yılmaz Ərdoğan
  • Bəziləri sanki əbədi yaşayacaqlarmış kimi elə hey yığır, digərləri isə elə indi öləcəklərmiş kimi dağıdır. – Aristotel
  • Mən zarafat edəndə həmişə həqiqəti söyləyirəm. Həqiqət – dünyada ən gülünc şeydir.
  • Danışıb axmaqlığınızı ortaya qoymaqdansa, danışmayın, heç olmasa insanların şübhələri aradan qalxsın.
  • Əvvəllər qızlar ‘eşq adamı’ axtarırdılar, indi isə adam olsun bəsdi deyirlər. – Duqlas Noel Adams
  • Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin.
  • Ya sus, ya da susmaqdan daha dəyərli bir söz de.
  • Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. – Pifaqor
  • Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər. – Andre Jid
  • Alçaq olan kimsə düşməkdən qorxmaz. – Aristotel
  • Başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır. – Romen Rollan
  • Xəyal gücü bilikdən daha əhəmiyyətlidir. – Albert Eynşteyn
  • Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər. – Frankis Bekon
  • İnsanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.
  • Başqalarının etdiyi səhvlərdən ötəri hirslənsəniz, onları deyil özünüzü cəzalandırmış olarsınız.

maraqli statuslar ve hazir mesajlar

Menali statuslar ve menali sozler 2021 siyahisi

  • Məhz gecə, bütün şəhərin yatdığı zaman sənə zəng vurub, doğma səsini eşitmək istəyirəm.
  • Bir dırnağım qırılanda 9 dırnağımı düşünmədən kəsib ata bilirəmsə, qəlbim qırılanda nələr edə biləcəyimi siz düşünün!
  • Həyatda özümdən öncə heyran olduğum biri varsa oda məni yaradan böyük RƏBBİMDİR!
  • Bir insan Allahdan başqa heç kəsə möhtac olduğuna əmin olsa, inan o insan həyatı boyu Allahdan başqa heç kəsə möhtac olmaz!
  • Əgər sizi incidən insanlara hələdə “Salam” verirsinizsə, bu vicdanınızın sədəqəsidir!
  • Bu şəhərin bütün küçələri sən, amma bütün şəhər bir ” sən ” etmir.
  • Çobanla belə ünsiyyətdə olmaqla nələrsə öyrənmək olar. Heçnə bilməsə belə qoyun otarmağı səndən yaxşı bilir.
  • “Getmək unutmaq deyil, sən bunu çox yaxşı bilirsən. Ağlımda gözlərin varkən, sən buna getməkmi deyirsən”
  • Dünyaya bir daha gəlsən necə bir həyat istərdin sualına siz nə cavab verərdiz bilmirəm. Amma mən yenidən eyni ananın dəli qızı olmaq istərdim.
  • Sənsiz həyatına heç bir şey olmamış kimi dəvam edən birisi uçun kədərli olmağa dəyməzHər kəs məni özündən razı bilə bilər. Önəmli deyil heç! Boş-boş yalançı şirinlikdən yaxşıdır özündən razılıq. Çünki xanımlıq da ağac kimidir. Kökü yerdə başı yuxardadır!
  • Süddən çıxanda bütün qaşıqlar ağarır. Önəmli olan içindən çıxdığın südün ağ olmasıdır!
  • Bir insana məcbur sevdirə bilməzsən özünü, Mənə güvən deyə bilməzsən. O bunu hiss etmirsə əgər, tək bir söz söyləyə bilərsən: “Özün Bilərsən!”
  • Əgər birlikdə olacağımız günlər gələcəksə, Sonsuza qədər gözləməkdən bir dəfə belə şikayət etmərəm!
  • Kişilik bir qızın adını qaralamaq deyil! Onun soyadını dəyişə bilməkdir!
  • Yıxılaram səncə? Heç sarsılmaram da. Şüşə kimiyəm. Bəziləri nə qədər qırırsa qırsın, Mən qırıldıqca kəskinləşirəm!
  • Küçədəki hər kəs bir az sənə bənzəyir, kiminin gülümsəməsi, kiminin saçı, kiminin addımları, kiminin baxışları…
  • Həyatda “kaşki tanımasaydım” dediyim biri yoxdur. Ancaq “kaşki tanıdığım kimi qalsaydı” dediyim biriləri çoxdur.
  • Bəzən susmaq ən böyük cavabdır deyənlərə qıcıq oluram. Sözümü düz yeritməyi bacardığım halda niyə susumki???
  • Əzabın elə həddi var ki, orda bütün qürur itir. Sənə yazmıram ki, gələsən. Yazıram ki, xəbərdarlıq edim: Həmişə gözləməyəcəm.
  • Kiminsə ehtiyat variantı olmaqdansa, kiminsə əlçatmaz arzusu olmaq yaxşıdır.
  • Həyatınıza ‘Onsuz yaşaya bilmərəm’ dediyiniz biri girib çıxmışdır mütləq! Nə qədər böyük yalançıyıq məgər; hamımız yaşayırıq hələdə.
  • Hərdən sənə əsəbləşib biraz adam ol deməyim gəlir. Amma sonradan bunun sənin üçün necə çətin olduğunu düşünüb fikrimi dəyişirəm.
  • Çirkin qız yoxdur! Namusu, qeyrəti olan hər xanım gözəldir.
  • İtirməkdən qorxduğumuz hər şeyi birgün itiririk. Ancaq hərdən özünüzə də bir sual verin: ” Bizi də itirməkdən qorxan biriləri varmı?
  • Üzülmürəm, çünki həyatımdan çıxan heç kimin həyatımda yeri yoxdur. Sadəcə ona üzülürəm ki, dəyərsizlərə bu sətirlər belə çoxdur.

Beləliklə Menali Sozler və Menali Statuslar 2021 siyahımın sonuna gəldim. En gozel ve dusundurucu menali sozler ve statuslari sizlərlə paylaşdım.

Əlaqəli məqalə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button