SEO

Sübut Olunmuş 30 SEO Optimizasiya Texnikaları [2020]

Veb saytınızın Google axtarışlarında ilk sıralarda olmasını və daha çox traffik istəyirsizin? Google-un son alqoritm yenilikləri bəzi SEO Optimizasiya Texnikalarını sıradan çıxardı. Bu məqalədə 30 ədəd SEO optimizasiya texnikalarını sizinlə bölüşəcəyəm.

 

Tətbiq edə biləcəyiniz 30 SEO Optimizasiya Texnikaları

  1. URL-də #-dən istifadə etməyin. Google botları # içində keçən linkləri dəstəkləmir.
  2. Google Search Consolo vasitəsilə backlinklərinizi izləyin və zərərli (spam score’u yüksək) saytları blok edin (disawov).
  3. Backlinklərinizin təbii yaranmasına fikir verin.
  4. Daxili SEO optimizasiyası edərkən anchor tekstəron rolu çox böyükdür. Davamlı eyni anchor tekstdən eyni linkə link verməyin. Hətta daxili SEO optimizasiyası edərkən bəlirli bir keywordün arxasına gizlənməyin. Təbii olun.
  5. SSL (https) sertifikatınız yoxdursa alın. 3 ay müddətində pulsuzdur. (https://www.sslforfree.com)
  6. Veb saytınızın açılma müddətinin 1-2 saniyədən az olmasına çalışın. Saytınızın açılma müddətini buradan ölçə bilərsiniz.
  7. Open Graph teqlərini saytınızda yerləşdirin. Əgər WordPress istifadə edirsizsə Yoast SEO plugini quraşdırsaz avtomatik yaranacaqdır.
  8. Sitemap.xml faylı yaradın və Google Search Console-a əlavə edin. Yoast SEO avtomatik sitemap yaradır. Sitemap yaratmaq üçün bu saytdan istifadə edə bilərsiz. Sitemap Google-un saytınızı render etməsinə kömək edir.
  9. Robots.txt faylı yaradın və sitemap-ınızı əlavə edin. Bu faylı Yoast SEO vasitəsilə yarada bilərsiz
  10. Hər səhifədə 1 ədəd H1 başlığı olmalıdır. Birdən çox H1 başlığı istifadə etməyin.
  11. Məqalələrin adının (title) 60 simvoldan az olmasına fikir verin
  12. Əlavə olaraq meta descriptionun desktopda 160 simvol, mobildə isə 130 simvol ətrafında olmasında diqqətli olun. Meta description və title-ınızın Google-da necə görünəcəyinə buradan baxa bilərsiz.
  13. Açarsözdən istifadə sayında diqqətli olun. Unutmayın ki, hər şeyin çoxu ziyandan başqaz bir şey deyil. Açarsöz sıxlığını 4% ətrafında tutun.
  14. Domain adınızın 15 simvoldan az olmasında diqqətli olun.
  15. Açarsözünüzü başlıqlarda istifadə edin. (H1-H6)
  16. Eyni kontentdən iki və daha çox səhifədə istifadə etməyin. Etsəniz belə bunu rel=canonical ilə həll edə bilərsiniz.
  17. Məqalələrinizi tez-tez yeniləyin.
  18. Veb saytınızın responsive yəni mobilə uyğun olmasına diqqən edin.
  19. Şəkilləri saytınıza yükləyərkən açarsözünüzə uyğun adlandırıb upload edin. Və alt teqində açarsözünüzü yazın.
  20. Şəkillərinizin az ölçülü amma eyni zamanda keyfiyyətli olmasına çalışın.
  21. Qırıq linklərin olmamasına fikir verin. Screaming Frog SEO analiz aləti vasitəsilə qırıq linkləri tapa bilərsiniz.
  22. Veb saytınızda Sizinlə əlaqə, 404 səhifələri yoxdursa yaradın.
  23. .edu və .gov backinkləri sizə ilk sıralarda yer almaqda kömək edə bilər.
  24. Rəqiblərinizin backinklərini analiz edərək siz də backlink almağa çalışın.
  25. 301 yönləndirməsi (301 redirect) yönləndirməsi olan linklərin çoxluğu saytınızın Googledakı sıralamasına mənfi təsir edə bilər.
  26. Wikipediadan backlink almağa çalışın. Wikipediadan alınan backlinklərin nofollow olmasına baxmayaraq sizə xeyiri dəyə bilər.
  27. Qarşıqlı bir-bizinizə backlink verməyin. Məsələn A saytından C saytına backlink vermək istəyirsizsə əvvəlcə A saytından B saytına daha sonra isə B saytından C saytına backlink verin.
  28. Məqalələrinizin 1000 və daha çox sözdən ibarət olmalıdır.
  29. Məqalələrinizdə LSI (Latent Semantic Indexing) açarsözlərdən istifadə edin. LSI açarsözlər Google-da hər hansı bir axtarış etdikdə Google-un məsləhət gördüyü sözlərdir. Bu saytdan LSI açarsözləri tapa bilərsiniz.
  30. Title və meta description-ınızda da LSI açarsözlərdən istifadə edin.

Yuxarıda sıraladığım 30 əsas SEO Optimizasiya Texnikalarını sizə rəqiblərinizi keçib ilk sıralarda olmanıza kömək edə bilər.

Əlaqəli məqalə

Back to top button