SEO Üçün Meqale Yazmaq 2022
Mündəricat
SEO yönümlü meqale yazmaq üçün bilməli olduqlarınızı bu bloqda yazacam.
SEO yönümlü meqale yazmaq üçün nələri bilməlisiniz sualına bu bloq yazımda cavab verəcəm. SEO üçün ən effektiv meyar sayılan bloq yazılarının keyfiyyəti, orijinallığı və istifadəçilər üçün faydalı olması çox vacibdir. Sosial medianın inkişafı ilə SEO-nun məşhurluğu daha çox yayılır. Böyük şirkətlərin strategiyası, müştəriləri ödənişli reklam (Google Ads) və ya axtarış motorlarından tapmaq (SEO) və sonra müştəriyə sosial media (Facebook və ya Instagram) vasitəsilə izləyicisinə çevirməkdir. Buna görə də, SEO çox vacib bir məsələdir ki, biz buna əhəmiyyət vermək məcburiyyətindəyik. Google Panda yenilənmələrindən sonra, məqalə backlinkdən daha əhəmiyyətli olmuşdur. Bu bloqyazımda nümunələrlə SEO üçün meqale yazmaq yollarını öyrənəcəyik.
Bunu da demədən əsas mövzuya keçməyək: Əgər layihənin internetdə uğurları Google-a bağlıdırsa, yadda saxlayın: Google-a hər hansı bir proqram kimi baxmasaz, uğurlu olacaqsınız. Google hər hansı bir proqram kimi deyil. Google-un mühəndisləri davamlı olaraq alqoritmləri dəyişdirir-inkişaf etdirir. Google-ın məqsədi axtarışçılar-istifadəçilər üçün ən dəqiq və faydalı məlumatı Googleda ilk sıralarda çıxarmaqdır. Aşağıdakı qaydalara əməl etmədən əvvəl məqalənin həqiqətən insanlara fayda verəcəyinə əmin olun. Çünki Google yalnız aşağıdakı məlumatlarla maraqlanmır. Daha əvvəl, məlumatları alır, qiymətləndirir və bu məlumatlarla müqayisə edir.
SEO yönümlü meqale yazmaq üçün nümunələr:
Aşağıdakı əsas maddələrdən biri: “SEO yönümlü meqale yazmaq dedikdə bloqun söz sayı 500 sözdən az olmamalıdır”. Google bir çox araşdırmadan sonra faydalı bir bloq yazısının ən az 500 söz ola biləcəyini və ya bir ziyarətçinin veb saytda minimum 3 dəqiqə qaldığını hesab edərək ziyarətçi üçün saytın faydalı olub-olmadığını təyin edir. Buna görə diqqətli olmaq lazım olan ilk şey oxunaqlılığı təmin etməkdir, buna görə məqalə həqiqətən faydalı və oxunaqlı olmalıdır. Ziyarətçiləri saytınızda saxlamağı bacarmalısınız. Ziyarətçiləriniz sizdən razı olsalar, Siz də Google-dan razı olacaqsınız 🙂 .
Başlıq hissə (Title)
Başlıqda açarsözü iştirak etməlidir Başlıq ən azı 3 sözdən ibarət olmalıdır. Title 66 simvola qədər olmalıdır
Bağlantılar (Slug hissəsi)
URL’də açarsöz iştirak etməlidir
Meta Açıqlama Hissəsi (Meta description)
Meta açıqlama hissəsində açarsözü iştirak etməlidir. Meta açıqlama ən çox 156 simvola qədər olmalıdır
Məzmun hissəsi
Məqalə ən az 500 söz olmalıdır. Açarsöz məzmunun 2.5–3.0%-ini təşkil etməlidir. Açarsöz məqalənin ilk 50–100 söz tərkibi arasında olmalıdır.
Köhnə yazılarınıza link verməlisiniz. Bundan əlavə digər saytlara da mənbə olaraq backlink vermək lazımdır.
Açar sözlər Qalın, Əyri və Altıxətli olmalıdır.
Şəkilləri yazınıza əlavə etmədən öncə optimizə edin. Adını açarsözünüzə uyğun dəyişin və alt başıqlarına açarsözünüzü əlavə edin.
Yuxarıdakı meqale yazmaq üçün maddələri izləyərək SEO üçün meqale-bloq yazısı bilərsiz.
Ümid edirəm məsləhətlərimi tətbiq edər, ziyarətçilərin faydalana biləcəyi məqalələr yazar və saytınızın trafikini artırarsınız. Bu maddələri izləyərək SEO üçün meqale yaza bilərsiz. Bu maddələr məqalənin zəngin olmasını təmin edir və məqaləni oxuduqca istifadəçini sıxılmağa imkan vermir.
Bu meqalede SEO-ya uyğun bloq meqale nece yazilir sualına cavab verdim. Son olaraq WordPress istifadə edənlər üçün bir plugin tövsiyə edirəm. Yazınızı hazırladıqtan sonra, SEO qaydalarının hamısına əməl edib-etmədiyinizi yoxlamaq üçün Yoast SEO pluginini yükləyin. Bu plugin avtomatik olaraq səhvlərinizi və düzlərinizi göstərəcəkdir.
SEO üçün meqale nə üçün vacibdir?
Başda dediyim kimi, Google-un alqoritmləri hər gün mühəndislər tərəfindən yenilənir və inkişaf etdirilir. Buna görə də rəqabət aparmaq üçün belə mühitdə bacardığınızın ən yaxşısını etməlisiz.
SEO haqda digər məlumatlar üçün baxa bilərsiniz ==> https://ilhambabayev.com/seo