SEO
Trending

Ahrefs pulsuz oldu! Ahrefs Webmaster Tools istifadəsi

Ahrefs Webmaster Tools nədir?

Ahrefs Webmaster Tools sanki Search Console‘un bir növüdür. Sadəcə Ahrefs tərəfindən hazırlanmışdır. Ahrefs, bütün məzmun yaradıcılarına veb saytlarını optimallaşdırmaq üçün lazım olan məlumatları vermək istəyir. Beləliklə, Ahrefs Webmaster Tools (AWT) ilə biz sadəcə doğrulanmış veb saytlar üçün Backlink profile, Site auditOrganic Keywords hissəyə pulsuz giriş əldə edirik.

Saytınızı Ahrefs Webmaster Tools-da doğrulamaq üçün saytınızı https://ahrefs.com/awt ilə qeydiyyatdan keçməlisiz.

Alt hissədən “I accept the Terms and Conditions and Privacy Policy” yanında ✅ vurub davam edin.

Məsləhət odur ki, Search Console qoşulu olan Gmail hesabınız ilə daxil olasınız.

Sign up seçdikdən sonra Ahrefs Webmaster Tools sizdən Console’dakı saytlarınıza icazə istəyəcək. Search Console’dakı bütün saytlarınızı bura əlavə edə bilərsiniz.

aut Ahrefs Webmaster Tools

Ahrefs Webmaster Tools ilə Google Search Console’un fərqləri nədədir?

  1. Search Console sizə limitli sayda sayt xətalarını göstərdiyi təqdirdə AWT daha geniş məlumat verir.
  2. Search Console sizə Top 1000 backlinki göstərdiyi halda Ahrefs Webmaster Tools bütün bilinən backlinkləri göstərir.
  3. Qırıq backlinkləri göstərir.
  4. Backlinklərin tipini göstərir. (nofollow, dofollow, UGC, sponsored və s.).
  5. Search Console sizə Top 1000 organic açarsözləri göstərdiyi halda Ahrefs Webmaster Tools bütün bilinən organic açarsözləri göstərir.

Hərşeyi düzgün etdikdən sonra sizi belə ekran qarşılayır.

ahrefs Ahrefs Webmaster Tools

Bura Lövhə adlanır ki, bütün saytlarınız burada görünəcək.

Saytların üzərinə klikləyərək ətraflı məlumatlara baxa bilərsiniz.

ahrefs tool Ahrefs Webmaster Tools

Yeni və ya itirdiyiniz backlinklərinizi, enən və qalxan açar sözlərinizi pulsuz olaraq izləyə bilərsiniz.

Bundan başqa Site Audit hissəndə saytınızdakı müxtəlif texniki problemləri görüb aradan qaldıra bilərsiniz.

ahrefs site audit

Bu və daha çox imkanlardan faydalanmaq üçün elə indi pulsuz Ahrefs Webmaster Tools istifadəsinə başlayın.

SEO haqqında daha çox yazı üçün baxa bilərsiniz. https://ilhambabayev.com/seo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button