Mündəricat
Bu yazımda sizə backlink nədir, backlink almaq üçün saytlar, backlinklərin tipləri, dofollow və nofollow backlinklər və bir çox backlink analizi vasitələrindən danışacam.
Backlink nədir sualına cavab olaraq qısa desək, bir veb saytdan digərinə verilmiş bir keçiddir. Google kimi axtarış motorları sıralama faktorlarından biri olaraq backlinklərdən istifadə edir.
*Aşağıda saytınıza backlink almaq üçün veb saytları qeyd edəcəm.
Çünki, veb sayt nə qədər çox yüksək DA (Domain Authority) malik backlinki olarsa istifadəçilər üçün o qədər faydalı olduğuna inanırlar. Yüksək keyfiyyətli yəni yüksək DA reytinqinə malik backlinklər bir veb saytın sıralama mövqeyini və axtarış motorları nəticələrində (SERP – Search Engine Result Page) görünməsini artırmağa və ilk sıralarda çıxmasına kömək edə bilər.
Backlink nədir və bizə necə kömək edir?
Məsələn, Muxtar bloggerdir və idman hadisəsi ilə bağlı çox maraqlı bir məqalə yazır. Tanınmış xəbər saytında çalışan blogger Ümid, öz məqaləsində fikirlərini bölüşərkən Muxtarın məqaləsinə link verir. Və beləliklə saytlar arasında backlink yaranır. Ümidin xəbər saytı populyar olduğuna görə bir çox sayt yenidən yazdığı məqaləyə link verəcəkdir. Bu, xəbər saytının nüfuzunu artırır və Muxtarın məqaləsi də nüfuzlu saytdan dəyərli bir link əldə edir.
Backlinkin növləri
Backlinklərin iki əsas növü var və biri digərindən daha vacibdir. Backlinklərin tipinin hər birinə və saytınıza necə təsir etdiyinə nəzər salaq.
Dofollow backlink nədir?
Nofollow backlink nədir?
Dofollow backlinklər hər kəsin istədiyi backlink növüdür. Yalnız yüksək DA malik veb saytlardan gələn backlinklərin ən çox dəyər verdiyini unutmayın. Bu cür backlinklər axtarış motorlarında veb saytınızın reytinqini yaxşılaşdırmağa kömək edə bilər.
Do-follow backlink almaq üçün məqalənin sonundakı listə baxa bilərsiniz.
Bununla yanaşı pis və ya ‘zərərli’ hesab olunan backlinklər də mövcuddur. Bu tip backlinkər şübhəli, spam veb saytlardan gəlir və ya axtarış motorlarının xidmət şərtlərini pozaraq əldə edilir. Bu tip backlinklər Google’un saytınızı cərimələməsinə və ya hətta Google indeksindən silinməsinə səbəb ola bilər. Unutmayın ki, əsas şərt backlinklərin sayı deyil, sıralamada fərq qoyan backlinklərin keyfiyyətidir.
Necə backlink əldə etmək olar?
- Sosial media profillərinizdə saytınıza paylaşmaq.
- Sıralamada yer alan bir məqalənizi Google-da axtarın və sonra həmin məqaləni inkişaf etdirin və ya genişləndirin.
- Siyahı yazıları yazın, “necə hazırlanır” tipli məqalələrə üstünlük verin, infoqrafiklər və ya məqaləniz haqda maraqlı videolar yaradın. Bu formatda yazılar daha çox backlink almanıza kömək edir.
- Bələdçi (Guide) məqalələri yazın. Bunlar bir neçə min sözdən ibarət çox uzun yazılardır və mövzunun hər tərəfini əhatə edir.
- Digər blog və veb saytlarda qonaq mesajları yazın
- Nişinizdə (niche – saytın mövzusu) və ya sənayenizə təsir edənlərlə əlaqə saxlayın və saytınızdakı məqalələr barədə məlumat verin. Bəlkə onlardan veb saytınıza backlink aldınız.
No-follow backlink almaq üçün məqalənin sonundakı listə baxa bilərsiniz.
Rəqabəti görmək üçün backlink araşdırması etməyə başlaya bilərsiniz. Bunu etmək üçün, ilk sıralarda rəqiblərinizin backlinklərini görmək lazımdır. Bu rəqib analizini etmək üçün bir sıra tool-lardan istifadə edə bilərsiz: Google Search Console, Ahrefs, SEMrush, Screaming Frog, Majestic, MOZ və s.
Backlink analizi nədir və necə aparılır?
Backlinklərinizə həmişə diqqət yetirmək çox vacibdir. Google Webmaster Təlimatları zərərli veb saytlardan olan backlinkləri silməyinizi məsləhət görür. Əgər belə etmirsinizsə, onda Google veb saytınızı cəzalandıra bilər və veb saytınız axtarış nəticələrində azalmağa başlayacaq.
Bunlarla qarşılaşmaq istəmirsizsə aşağıdakı sualların cavabını bilməlisiz.
- Bütün backlinklərimi haradan görə bilərəm?
- Onların zərərli və ya spam olub-olmadığını necə bilə bilərəm?
- Və son olaraq zərərli backlinkləri necə silə bilərəm?
Saytınızın trafikini artırmaq və backlinklərinizi görmək üçün Google Axtarış Konsolundan (Google Search Console) istifadə edə bilərsiniz, ancaq bu çox vaxt tələb edə bilər və edə biləcəyi şeylər məhduddur.
Bununla birlikdə daha sürətli və daha yaxşı vasitələr mövcuddur. Məsələn, SEMrush istifadə edərək, bu vacib sualların hər üçünə və daha çoxuna tez cavab verə bilərsiniz.
SEMrush, xüsusi olaraq backlinklərlə məşğul olan iki əsas sahəyə malikdir. Birincisi, rəqiblərinizi öyrənməyə imkan verən Backlink Analytics bölməsidir, ikincisi Backlink Audit sahəsidir.
SEMrush Backlink Audit vasitəsi hər bir backlinki yoxlayır və zərərli olanları sıralayır. Bu sayədə Google veb saytınızı cəzalandırmazdan əvvəl zərərli backlinkləri tapıb rədd edə bilərsiniz.
SEMrush ilə açar söz araşdırması (keyword research) edə və rəqiblərinizin backlinklərini görə bilərsiniz. Backlink profilinizi izləmək saytınızın dəyəri haqqında çox şey söyləyəcək və saytınızın SEO optimizasiya strategiyasının vacib bir hissəsidir.
Ümid edirəm ki, bu məqalə backlinklərin nə olduğunu və veb saytınızı böyütmək üçün necə istifadə edə biləcəyinizi öyrənməyə kömək etdi.
Bu yazımda backlink nədir və backlink almaq üçün hansı saytlardan istifadə edə bilərəm suallarına cavab verməyə çalışdım. Aşağıda backlink almaq üçün saytları sizinlə bölüşürəm.
Pulsuz backlink almaq üçün istifadə edə biləcəyiniz yüksək DR-DA sahib saytlar:
PULSUZ BACKLİNK ALMAQ ÜÇÜN SAYTLAR: |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Yazdığınız məqalələri bu saytlarda paylaşaraq saytınızın Domen nüfuzunu artıra və saytınıza yeni backlink qazana biləsiniz. Uğurlar!
SEO haqda daha çox paylaşım üçün baxa bilərsiniz: https://ilhambabayev.com/seo