SEO
Trending

Əsas SEO terminləri hansılardır? SEO terminləri lüğəti

SEO işlərində və aparılan prosesdə bəzi terminlərə rast gəlirik. SEO terminləri arasında çox fərqli sözlər vardır və hər söz fərqli bir SEO prosesinə uyğundur. Aşağıda hazırladığım siyahıda SEO xidmeti zamanı qarşılaşdığımız SEO terminlərini və onların mənalarını oxuya bilərsiniz. Budur, SEO terminlərinin siyahısı və mənaları ilə 2020-ci ildəki SEO terminləri lüğəti:

Mövcud SEO terminləri lüğəti

SEO – Search Engine Optimization

İngiliscə adı “Search Engine Optimization” olan və dilimizə “Axtarır Motoru Optimizasiyası” olaraq keçən SEO, axtarış motoru  (Google, Yandex, Bing və s.) nəticə səhifəsində (SERP) hədəf açar söz və ya sorgularda üst sıralarda çıxmaq üçün edilən, optimallaşdırma və yaxşılaşdırma işlərindən ibarətdir.

On-page SEO (Saytın daxili SEO-su)

Axtarış motoru optimizasiyasında ilk mərhələ kimi qəbul edilən və hamısı Google sıralaması amillərindən asılı olub tamamı sayt daxilində aparılan əsas optimizasiya işləridir.

Off-page SEO (Saytın xarici SEO-su)

Axtarış motoru optimizasiyası işlərinin ikinci mərhələsi olaraq qəbul edilən Xarici SEO-da, saytın nüfuzunu və marka şüurunu artırmaq üçün işlər aparılır. Bu araşdırmalar çərçivəsində keyfiyyətli, aktiv, müasir və Google siyasətinə zidd olmayan saytlardan backlinklər əldə etmək ilk qaydadır.

Backlink

SEO terminləri içində ən maraqlılarından biri backlink-dir. Xarici SEO optimizasiyasında istifadə olunan olan Backlink, bir saytın mətn, şəkil və ya digər vasitələrlə başqa bir veb saytına bağlantısıdır. Backlink, axtarış nəticələrində hədəf açar sözlər (anchor text) və ya sorğuların təşviqi üçün vacib bir addımdır.

Hacklink – Black hat SEO

Qeyri-qanuni yollarla əldə edilən və Google tərəfindən istifadə edildiyi və qeyd edildiyi zaman ciddi cəzalara səbəb ola biləcək bir backlink növüdür. Hacklink, bir saytın zəifliyindən faydalanaraq sistemə daxil olmaq və sonra sayt sahibinin xəbəri və icazəsi olmadan istədiyiniz bir sayta verilən backlinkdir .

Sitemap.xml (Saytın xəritəsi)

Saytdakı bütün bağlantıları ehtiva edən bir sənəddir (nümunə: www.domen.com/sitemap.xml). Səhifələr, videolar, şəkillər və bənzər bağlantılar hamısı sayt xəritəsinə daxil edilmişdir və Googlebot kimi axtarış motoru hörümçəkləri saytdakı bütün səhifələrin və postların indekslənməsinə kömək edir. Saytlarınızdakı videolar və şəkillər də daxil olmaqla müəyyən məzmun növləri haqqında məlumat vermək üçün sitemapdan istifadə edə bilərsiniz. Sayt xəritəsi yaratmaq üçün WordPress işədirsizsə hər hansı SEO təmzimləmə plugini (Yoast SEO, RankMath, All in One SEO və s.) yükəməyiniz lazımdır. Sayt xəritəsi yaratmaq üçün sayta keçib domeninizi əlavə edin. ==> https://www.xml-sitemaps.com/

Robots.txt

Saytınızdakı kontentləri analiz edən botların saytınızdakı hansı qovluqlara daxil ola biləcəyini göstərən xüsusi bir sənəddir. Botlar bu fayldakı təlimatları başa düşür və qovluğu müvafiq olaraq analiz edir. Məsələn, bu fayldakı “Disallow:” əmri, botların daxil olmaq üçün icazə verilmədiyi qovluğu bildirir.

Title (Başlıq)

Başlıqlar səhifənin nə ilə əlaqəli olduğunu izah edən ilk hissədir. Səhifənizdəki məzmunun nə olduğunu izah edərək həm Googlebot, həm də istifadəçilərə kömək edə bilərsiniz. Bu sahədə açarsöz (keyword) istifadəsi çox vacibdir. Başlıq düzəlişləri hədəf açar söz və ya sorğunuzu artırmaq üçün daxili SEO optimizasiyasının vacib bir amilidir.

Meta-Description (Açıqlama)

Açıqlama bölmələri səhifədəki məzmunun nə haqqında olduğu məlumatını verir. Axtarış nəticələrində görünən açıqlama bölməsinə istifadəçinin səhifədə nə tapa biləcəyi haqqında məlumat verilməlidir, bu hissəni elə yazmaq lazımdır ki, ziyarətçiləri saytınıza klikləməyə təşviq etsin. Bu sahədə açarsözlərinizin istifadəsi vacibdir.

URL

URL uzun müddətdir SEO-da tanınan kiçik, lakin vacib bir amildir. Hədəf açar sözün URL-ə daxil edilməsi sizin üçün böyük bir üstünlükdür. Məsələn, optimizə etdiyiniz səhifənin açarsözü “SEO mütəxəssisi” kəlməsidir deyək. O zaman səhifənin URL-ində də “domain.com/SEO-mütəxəssisi” istifadəsi tələb olunur.

Canonical URL (Kanonik URL)

SEO terminləri içində digər maraqlı termin isə canonical URL adlanır. Canonical URL bir veb saytdakı iki səhifə çox oxşar / eyni məzmuna sahib olduqda istifadə edilən bir URL quruluşudur. Kanonik URL eyni və ya oxşar məzmunlu səhifələrin təkrar indexlənməsinin qarşısını alır və URL-də istifadə olunan əsas URL indekslənir.

Nofollow link

Nofollow anlayışı bir linkin Googlebot tərəfindən təqib edilmədiyini bildirən bir əmrdir. Bir yerə backlink verərkən, HTML kodunda istifadə olunan “nofollow” etiketi botlara bu linki izləməməyi deyir. Beləliklə, Googlebot-a “Bu URL-ə bir keçid verirəm, amma əməl etmə, saytımın dəyərindən yararlanın” əmri verilir.

Dofollow link

Dofollow etiketi saytımızdan çıxan backlinklərə etibar edildiyini, Googlebot tərəfindən təqib edilməyinin yaxşı olduğunu və bu saytın saytımızın dəyərlərindən faydalana biləcəyini bildirir. HTML koduna əlavə olunan “dofollow” etiketi Googlebot-a “Bu URL-ə backlink verirəm və etibar edirəm, saytımın dəyərindən faydalana bilər” əmrini verir.

Redirect (yönləndirmə)

SEO işlərində istifadə olunan çox sayda müraciət var, lakin onlardan ikisi ən çox istifadə edilən müraciətdir. 301 və 302 kodu olan yönləndirmələr bu gün ən çox müraciət etdiyimiz kodlar arasındadır. 301 yönləndirmə bir URL-nin digər URL-yə daimi yönləndirilməsini bildirir. Bir nümunə olaraq, saytımızda istifadə etməyəcəyimiz bir URL-nin 404 olaraq qalması bizim üçün mənfi haldır. Bu səbəblə, artıq istifadə etməyəcəyimiz bir səhifəni sildikdən sonra, linkini 301 yönləndirmə ilə əlaqəli və ya həmin səhifəyə yaxın məzmuna malik bir ünvana yönləndirməliyik.

302 yönləndirmə, digər tərəfdən, bir URL-nin müvəqqəti olaraq başqa bir URL-ə yönləndirilməsinə imkan verir. Bu ümumiyyətlə müvəqqəti keçid mübadiləsində və s. istifadə edilir.

Broken link (Qırıq link)

Qırıq link, keçidin olduğu amma işləmədiyi hallarda görünən bir səhvdir. Saytımızın içərisində backlink verdiyimiz başqa bir səhifənin işləməməsi, silinməsi və ya başqa səbəbə görə əldə edilə bilmədiyi hallarda qırılmış əlaqə adlanır. Bu backlink dəyişdirilməli və ya düzəldilməlidir. Saytınızdakı qırıq bağlantıları Screaming Frog SEO aləti vasitəsilə tapa bilərsiniz. Bundan başqa bu sayt ilə də qırıq linklərinizi tapa bilərsiniz. ==> https://www.brokenlinkcheck.com/

Keyword (Açarsöz)

SEO tədqiqatlarının əsasını təşkil edən bir anlayış olan açarsöz, axtarış sistemində istifadəçi tərəfindən saytınıza hansı sorğunu daxil edərək keçdiyini bildirir. Beləliklə, bir istifadəçi saytınıza Google və ya başqa bir axtarış motorundan nə gəldi soruşsa və saytınıza klikləyib keçərsə bu açarsözdür. SEO mütəxəssisləri və sayt sahibləri lazımlı və keyfiyyətli trafik əldə edəcəkləri açarsözları tapmaq üçün açarsöz araşdırması (Keyword Research) edirlər.

Keyword Density (Açarsöz sıxlığı)

Açarsöz sıxlığı, hədəfləndiyimiz və işlədiyimiz açar sözün səhifədəki məzmunda nə qədər istifadə olunduğunu göstərir. Açarsözün məzmunda, başlıqda və ya mətn ilə səhifənin istənilən yerində neçə dəfə istifadə olunması sayı vacibdir. Bəzi veb saytlarda gördüyünüz kimi, açarsöz istifadə dərəcəsinə diqqət yetirilmir və nəticədə Google bu səhifələri spam olaraq görür və bu cəza ilə nəticələnir.

Googlebot

Axtarış motoru nəhəngi, bütün interneti gəzən Google-un botudur. Sayt sahibləri tərəfindən giriş məhdudlaşdırılmazsa, botlar gördükləri bütün səhifələri analiz edib verilənlər bazasına əlavə edirlər. Bundan əlavə, yalnız Googlebot bir səhifəni analiz etmir, ancaq səhifədən əlaqəli digər səhifələri də analiz edir. Beləliklə, onun əhatə dairəsi xeyli genişlənir və verilənlər bazasında saxladığı məlumatlar müvafiq olaraq artır.

Crawl Budget (Analzi Büdcəsi)

Gündəlik neçə dəfə bir saytdakı səhifələrə Googlebot tərəfindən baxıldığına analiz büdcəsi deyilir. Buraya botların bir səhifəyə neçə dəfə, nə qədər və nə vaxt ziyarət etdikləri daxildir. Saytın sürəti, saytınıza gələn bağlantıların sayı və keyfiyyəti, sayt ölçüsü və bəzi siqnallar Googlebotun tez-tez ziyarət etməsi üçün vacibdir.

Saytdakı lazımsız və zəif məzmun səhifələrinin Googlebot-a bloklanması, analiz büdcəsinin optimizasiyası üçün vacibdir. Googlebot gündə müəyyən sayda səhifəyə baş çəkir və bu say qeyri-müəyyəndir. Bu səbəbdən, Googlebot-un analiz büdcəsindən istifadə etmək üçün Googlebot-un lazımsız səhifələrdən istifadə etməsinin qarşısını almaq üçün dəyər verdiyimiz səhifələri təqdim etməliyik. Bu vəziyyətdə SEO-da heç bir dəyəri olmayan səhifələri “noindex” ilə qeyd etməliyik və Googlebot girişini Robots.txt faylından bağlamalıyıq.

Index (İndekslənmə)

Axtarış motorlarının saytı analiz etdikdən sonra analiz olunmuş səhifələrin indekslənməsinə indeks deyilir. Axtarış motoru botları, baxdıqları səhifələri verilənlər bazasına əlavə edir və gəzdikdən sonra qovluqdakı siyahıya salırlar. Axtarış nəticələrinin hansı qaydada olacağı müəyyən kriteriyalardan asılıdır.

NoIndex

Axtarış motoru botlarına əmr vermək üçün istifadə olunan “noindex” etiketi, botları səhifəni bu etiketlə indeksəməməyi deyir. Səhifəni analiz edərkən noindex əmrini görən axtarış motoru botlar, səhifəni analiz edər, lakin qovluqda və axtarış nəticələrində göstərməz.

Spam

Spam, araşdırmadan sonra ortaya çıxan, axtarış motoru meyarlarına görə ayrıca həyata keçirilən bir anlayışdır. Ziyarətçilərə məlumat vermək əvəzinə, axtarış motorları botlarını manipulyasiya etməklə sıralanma qazanmaq üçün edilən və düzgün olmayan hərəkətlərə spam deyilir. Məsələn, sıralamada əlavə bir üstünlük qazanmaq üçün səhifədəki açarsözün təkrar-təkrar istifadə edilməsi spam nümunəsidir.

Anchor Text

Bir saytdan digər bir sayta hər bir keçiddə mətn vardır. Kliklənəbilən mətnlər backlinkərdəki “anchor text” adlanır.

.htaccess faylı

.htaccess faylı veb məkanında parametrlər dəyişdirməyə imkan verən bir sənəddir. Serverdə istifadə olunan əmrlər ilə qovluq səviyyəsində müxtəlif parametrlər edilə bilər. Bir çox şəbəkə serverləri, xüsusən Hypertext Access və Apache tərəfindən istifadə olunur.

SERP (Axtarış Nəticələri Səhifəsi)

Bu axtarış motorlarında bir sorğu daxil etdikdən sonra görünən saytların siyahısı olan nəticələr səhifəsidir. Buradakı siyahı SEO optimizasiyasından asılıdır və SEO işləri yuxarı sıralarda çıxmaq üçün düzgün şəkildə aparılmalıdır. Botlar saytınızı analiz edir və axtarış motorunun nəticə səhifəsinin ən üst sıralarında siyahıya alınacaq dərəcədə uyğun görərsə sizi mütləq qiymətləndirir.

Domain Authority (Domen nüfuzu)

Domain Authority – Domen etibarı, sahib olduğunuz veb saytın domen adının internetdə nə qədər güclü olması üçün verilmiş bir dəyərdir. Domain Authority, yüzlərlə axtarış motoru meyarı nəticəsində SEO alətləri tərəfindən verilən bir dəyəri, marka məlumatlılığı da sayıla bilər. Yüksək domen nüfuzuna sahib saytlar SEO analizində rəqibləri ilə müqayisədə əlverişlidir. Domen adının nüfuzunu artırmaq üçün backlink, orijinal və keyfiyyətli məzmun, sosial media siqnalları və istifadəçi sorğularına ən yaxşı cavab kimi amillərə diqqət yetirmək lazımdır.

Page Authority (Səhifə nüfuzu)

Səhifənin nüfuzu domen nüfuzundan fərqli bir metrikdir və saytınızdakı hər səhifədə dəyişir. Hər səhifənin öz dəyəri var. Backlink, istifadəçi ziyarət vaxtı, səhifədəki məzmun keyfiyyəti, orijinallıq və sosial mediadan bağlantılar saytınızda dəyişkəndir. Buna görə səhifə nüfuzunun bütün səhifələrinizdə fərqli bir dəyəri var.

Google Sandbox

Google’un bir filterləmə sistemi olan Sandbox, Google siyasətlərini pozaraq SEO işləri aparan saytlar üçün tətbiq olunan bir filtrdir. Süzgəc vasitəsi ilə istifadəçilərə ən yaxşı və keyfiyyətli məzmun təmin etməyi hədəfləyən Google, bu amillərə uyğun olmayan və spam yaradan saytları Sandboxa atır. Qum qutusuna düşərək filtr cəzası alan veb sayt, hədəf açar sözləri və ya sorğularında çıxmır daha.

Page speed (Səhifə sürəti)

Səhifə sürəti, 2018-ci ilin İyul ayından etibarən Google tərəfindən rəsmi olaraq SEO faktoru olaraq qəbul edilən əhəmiyyətli bir dəyərdir. Sayt istifadəçilərinə ən sürətli, keyfiyyətli və ən yaxşı cavab ilə təmin etməyi hədəfləyən Google üçün səhifə sürəti xüsusilə son dövrlərdə böyük əhəmiyyət qazanmışdır. İndi bütün insanların, xüsusən də mobil telefondan istifadə etməsi, sürət ehtiyacını gündəmə gətirdi. Bu səbəbdən səhifə sürəti, SEO üçün çox vacib hala gəldi. Səhifə sürətini ölçmək üçün bu linkdən istifadə edə bilərsiniz. ==> https://developers.google.com/speed/pagespeed/insights/

Algorithm (Alqoritm)

Alqoritmlər, müəyyən bir meyarlara görə axtarış motorlarının indeksinə kömək edən sıralama modelidir. Alqoritmlərlə ən yaxşı məzmunu istifadəçilərə çatdırmaq üçün bir sıra dəyişikliklər edilir və təkmilləşdirilmələr yolu ilə istifadəçilərə həqiqi keyfiyyətli məzmun təmin etmək məqsədi daşıyır. Panda, Penguin, Hummingbird, Pigeon, Mobil, RankBrain, Possum, Fred və Medic kimi bir çox alqoritm yenilənmələri baş vermişdir.

Breadcrumb (Çörək qırıntıları)

Saytdakı dövriyyə menyusudur. Hər hansısa səhifəyə girməyinizə qədər hansı yollardan keçdiyimizi göstərir. Bu dövriyyə menyusu Googlebot kimi axtarış motoru botlarına da təqdim edilir. Məsələn, “Əsas səhifə>SEO> SEO xidmeti” kimi bir iyerarxik qaydada. Digər adı ilə çörək qırıntıları adlanan bu hiyerarxik olaraq axtarış motorları nəticələrinin səhifələrində görünür.

Content (Məzmun, Bloq, Məqalə)

Məqalə SEO-da əsas amildir. Məqsəd və xidmətin təzahürü olaraq, Google istifadəçilər üçün ən yaxşı, ən dəqiq və keyfiyyətli materialların siyahısını göstərmək istəyir və bu məqsəd üçün sıralanma yaradır. Buna görə istifadəçilər tərəfindən edilən bir sorğuya ən yaxşı cavab verən güclü, əhatəli və zəngin bir məzmunun olması çox vacibdir.

Duplicate Content (Kopya məzmun)

Google-un düşmənçilik etdiyi məsələlərdən biridir. Kopya məzmundan istifadə SEO işinə mənfi təsir göstərən və cəzalara səbəb ola biləcək bir vəziyyətdir. Kopya məzmundan mümkün qədər çəkinilməlidir və həmişə ziyarətçilərə orijinal məzmun təqdim etməyi hədəflədiyiniz vacibdir. Kopya məzmunu tapmaq üçün Grammarly və ya Copyscape kimi saytlardan istifadə edə bilərsiniz.

Internal link (Daxili linklər)

Saytın içində bir səhifədən digər bir səhifəyə və ya yazıya verilən linklər internal link / daxili link – əlaqə adlanır. Saytdakı səhifələrin əhəmiyyətini və nüfuzunu vurğulamaq üçün daxili əlaqələndirmə strategiyası müvafiq olaraq hazırlanmalıdır.

External link (Xarici linklər)

Saytdan çıxan yəni saytınızdan digər saytlara verilən linklər. Əlavə bir vəziyyət olmadıqda saytınızdan çıxan bağlantılara nofollow etiketi əlavə etmək vacibdir.

Digər SEO haqqında paylaşımlar üçün baxa bilərsiniz. https://ilhambabayev.com/seo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button