Məlumat

Bakıda en ucuz taksi xidmeti hansıdır?

Son vaxtlar bazarda en ucuz taksi xidmeti göstərən şirkətlərinin sayı artmışdır. Anket nəticələri həmçinin respondentlərin 44 faizinin onsuz da taksi xidmətlərindən istifadə etdiyini göstərir. İnsanlar 7 en ucuz taksi xidmətləri şirkətinin adını çəkiblər.

Bakı sakinləri ölkənin əksər taksi xidmətləri istifadə edirlər. Taksi istifadəçilərinin əksəriyyəti Xətai bölgəsindədir (% 78,7).

Taksi xidmeti Azərbaycanda, son illərdə Bakıda ən sürətlə inkişaf edən bizneslərdən biridir. Demək olar ki, hər ay paytaxtda yeni və daha en ucuz taksi xidmeti göstərən şirkət yaradılır. İlk baxışdan bu proses sadə kimi görünür – qısa və yadda qalan bir nömrə tapın , ofis kirayə tutun, sifariş qəbul etmək və koordinasiya etmək üçün bir neçə operatoru işə götürün və çox sayda taksi sürücüsü ilə əməkdaşlıq edin. Bu qədər sadə…

Ancaq bu qədər rəqabətli bir mühitdə bazar payını qorumaq üçün taksi xidmeti qiymətləri dəyişir. Getdikcə artan taksi istifadəçilərini və bu sahəyə olan marağı nəzərə alaraq;

Bakıda en ucuz taksi xidmeti qiymətlərini sizin üçün müqayisə etdik.

Ən populyar taksi xidmeti göstərən şirkətlərə zəng etdik və Hyatt Regency Baku-dan Heydər Əliyev Beynəlxalq Hava Limanına taksinin neçəyə gedəcəyini, otelin qarşısında 5-10 dəqiqə gözləməyin nə qədər başa gələcəyini və pik saatın olmasının bütün bu qiymətlərə təsir edib-etmədiyini öyrəndik. Nəticələr aşağıdakı kimi oldu:

Bakıda ən ucuz taksi xidməti şirkətləri bunlardır:

  1. “189 taksi” taksi xidməti

  2. *9000 “Bakı London taksi”

  3. *8555 taksi xidməti

  4. *9111 “Ekonom taksi”

  5. *2424 ucuz taksi xidməti

  6. *8844 “City taksi”

  7. *9933 “Salam taksi”

“189 taksi” taksi xidməti

Bu məsafənin qiyməti ekonom klasda 13.40 AZN, biznes klasda 17.90 AZN olacaq. Bu qiymətə hava limanına giriş biletinin dəyəri daxildir. Taksinin gözləməsinin ilk 10 dəqiqəsi pulsuzdur. 10 dəqiqədən sonra hər dəqiqənin dəyəri 5 qəpik olaraq hesablanır. Operator bu qiymətlərin pik saatlarında dəyişmədiyini bildirir.

*9000 “Bakı London taksi”

Bu məsafənin haqqı 16.75 AZN olacaq. Hava limanına giriş haqqı da bu qiymətə daxildir. İlk 10 dəqiqədə taksi gözləməyiniz üçün də heç bir ödəniş yoxdur. 10 dəqiqə ərzində hər dəqiqənin dəyəri 5 qəpik hesablanır. Operatorun sözlərinə görə, pik saatlarda taksi xidmetinin qiyməti əlavə 1 AZN-ı keçə bilər.

*8555 taksi xidməti

Müvafiq məsafənin gediş haqqı 10.57 AZN oldu. Bu qiymətə hava limanına giriş bileti daxildir. Operatorun dediyiniə görə, taksi 10 dəqiqə gözləsə, ümumi hesab 11.21 AZN olacaq. Onun sözlərinə görə, ilk 5 dəqiqəlik gözləmə üçün heç bir ödəniş tələb olunmur. 5 dəqiqədən sonra hər dəqiqənin qiyməti 5 qəpik hesablanır.

*9111 “Ekonom taksi”

Bu istiqamət üzrə xidmət dəyəri 12.45 AZN təşkil edir. Hava limanına giriş haqqı da bu qiymətə daxildir. Taksi üçün ilk 10 dəqiqəni gözləmək pulsuzdur. 10 dəqiqədən sonra hər dəqiqənin dəyəri 5 qəpik hesablanacaq. Operatorun dediyinə görə, bu marşrut üzrə hərəkət pik saatlarda baş verərsə, qiymət 1-2 AZN arta bilər.

*2424 ucuz taksi xidməti

Getdiyimiz ünvan 11.90 AZNa başa gəlir. Hava limanına giriş haqqı da bu qiymətə daxildir. Əlavə gözləmə müddətinin dəyəri hər 10 dəqiqə üçün 50 qəpikdir. Operator bu qiymətin pik saatlarında belə dəyişmədiyini söyləyir.

*8844 “City taksi”

Getdiyimiz məsafənin qiyməti hava limanına giriş bileti də daxil olmaqla 12,81 AZN olacaq. İlk 10 dəqiqədə taksinin gözləməsi üçün də heç bir ödəniş yoxdur. 10 dəqiqədən sonra hər dəqiqənin dəyəri 5 qəpik hesablanır. Operator bu qiymətlərin pik saatlarında dəyişmədiyini bildirir.

*9933 “Salam taksi”

Oteldən Heydər Əliyev Beynəlxalq Hava Limanına səyahət 9,50 AZN-a başa gəlir. Hava limanına giriş bileti qiymətə daxildir. 10 dəqiqə taksi gözləmək üçün 40 qəpik əlavə haqq tutulur. Pik saatlarda qiymət dəyişmir

Beləlikə, Bakıda en ucuz taksi xidmeti şirkətlərinin qiymətlərini sizə təqdim etdim. Daha çox məlumat üçün baxa bilərsiniz. ==> https://ilhambabayev.com/melumat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button