Texnologiya XəbərləriMəlumat

Instaqram Plus necə yükləmək olar? Instagram Plus APK xüsusiyyətləri [2020]

Instagram Plus APK, İnstaqramın ən son xüsusiyyətlərini özündə cəmləşdirən rəsmi İnstaqramın gizli və bol funksiyalı versiyası kimi tanınır. Instaqramın bu oxşar versiyası əlavə məxfilik seçimləri ilə hazırlanmışdır və ən çox bu Instagram Plus APK 2020 versiyasından istifadə edərək şəkillər və videoları yüksək dəqiqliklə telefonunuza yükləyə bilərsiniz. Üstəlik Instagram plus APK, İnstaqramın təkmilləşdirilmiş bir versiyasıdır ki istifadəçiyə istənilən profil şəklini böyütməyə, yükəməyə və s. imkan verir.

 

Instagram Plus APK digər Xüsusiyyətləri Aşağıdakılardır

Instaqram Plus xüsusiyyətlərinin böyük əksəriyyəti rəsmi İnstagram tətbiqinə daxil edilməyən xüsusiyyətlərdir. Bu xüsusiyyətlər insanlara istədikləri əməliyyatları daha asan yerinə yetirməyə imkan verir.

  1. Instaqram Plus ilə Hekayələrə tamamilə gizli baxa bilərsiniz – hekayələri gördüyünüz digər tərəfə heç vaxt ötürülmür
  2. İnstaqram tərəfindən bu yaxınlarda yayımlanan bir xüsusiyyət olan Video, Şəkil, Canlı Yayım, həmçinin IG TV videolarını yükləyə bilərsiniz.
  3. Mesajları oxusanız da, oxudugunuz digər tərəfə və ya qrupdakı insanlara ötürülmür. Bu şəkildə tamamilə gizli qala bilərsiniz.
  4. Mesaj yazarkən; Qarşı tərəfin mesaj panelində tapılan yazı göstərilmir. Bu şəkildə heç kim yazdıqlarınızı görə bilmir. Ancaq bu xüsusiyyətdən istifadə etmək üçün onu parametrlərdən aktivləşdirməlisiniz.
  5. Profil şəkillərini tam ölçüdə görə bilərsiniz. Bunun üçün etməli olduğunuz şey şəxsin profil şəklinə toxunmaqdır.
  6. Kiminsə profilinə girsəniz; sizi izləyib-izləmədiyini göstərən yazı görə bilərsiniz.
  7. Siz şərhləri və ya insanların bio-sunu asanlıqla kopyalaya bilərsiniz. Bunu etmək üçün mətni və ya şərhləri basıb saxlayın.
  8. Şərhlərdəki linklərə klikləyərək; sayta gedə bilərsiniz.
  9. İstədiyiniz hər hansı bir şərhinizi birbaşa istədiyiniz dilə tərcümə edə bilərsiniz.
  10. Eyni zamanda həm Instagram Plus APK, həm də original Instagram tətbiqlərindən istifadə edə bilərsiniz.

Instagram Plus Tətbiqini necə yükləmək və quraşdırmaq olar?

Əvvəlcə qeyd etmək lazımdır ki; Instagram Plus APK, Google Play Store-da mövcud olmayan bir tətbiqdir. Rəsmi tətbiq deyil. Bu səbəblə təhlükəsizlik məsələsi ilə bağlı qərar və məsuliyyət tamamilə sizə aiddir.

Instaqram Plus tətbiqini yükləmək üçün telefonunuzun internet brauzerindən Instagram Plus APK yazın. Qarşılaşdığınız nəticələrdən hər hansı birinə girib; Telefonunuza APK faylı yükləyərək Instagram Plus tətbiqetməsinə daxil ola bilərsiniz.

Tətbiqi telefonunuza quraşdırdıqdan sonra hesabınıza girdiyiniz anda bütün Instagram Plus xüsusiyyətlərini pulsuz əldə edə bilərsiniz. Tətbiq parametrlərində bu xüsusiyyətləri çox asanlıqla dəyişdirə bilərsiniz, istənilən vaxt onları deaktiv edə bilərsiniz.

Instagram Plus APK faylını asanlıqla bu saytdan yükləyib quraşdıra bilərsiniz. https://www.malavida.com/en/soft/instagram-plus/android/download

Instagram Plus-u Quraşdırmaqda hər hansı bir problemlə qarşılaşsaz bu video baxa bilərsiniz.

Digər yazılar üçün baxa bilərsiniz. https://ilhambabayev.com/bloq

Əlaqəli məqalə

Back to top button