SEO nədir? SEO necə edilir? Googleda İlk Səhifədə Çıxmaq
Mündəricat
SEO nədir, SEO necə edilir, Googleda necə ilk sıralarda çıxmaq olar? bu suallara məqaləmdə cavab verməyə çalışacam.
SEO, Azərbaycan üzrə təxmini 1000 aylıq axtarışı olan, 95% çətinliyə malik (SEO axtaranda 1 dənə də olsun Azərbaycan mənşəli sayt çıxdığından bunu anlamaq çətin deyil 😉 , CPC (cost-per-click) dəyəri 40 sent, açılışı Search Engine Optimization (Axtarış Motoru Optimizasiyası) olan termindir. Axtarış sistemlərinə misal olaraq Google, Bing, Yandex, Yahoo və s. misal göstərmək olar. Bütün dünyada ən çox istifadə olunan axtarış motoru Google-dur.
SEO nədir və necə edilir?
Veb saytların Google və digər axtarış motorlarının nəticələrində (SERP) ilk sıralarda çıxması üçün aparılan bütün işlərə SEO deyilir. SEO vasitəsilə saytınızın trafikini daha çox artıra və nəticədə daha çox satış əldə edə bilərsiniz.
SEO sözünün açılışı necədir?
SEO sözünün açılışı Search Engine Optimization-dır. Azərbaycanca Axtarış Motorunun ya da Sisteminin Optimizə olunması, yaxşılaşdırılması kimi başa düşülür.
SEO xidmeti, veb saytın trafikini artırmaq üçün müxtəlif strategiyaları özündə birləşdirir. Axtarışlardan gələn trafik organic traffic olaraq da bilinir.
SEO-nun sizə nə kimi xeyiri olacaq?
- Marka şüurunu artırmağa kömək edir
- Orqanik olaraq veb saytınıza trafik gətirirsiniz
- Google Ads büdcənizi azalda bilərsiniz
- Uzunmüddətli marketinq səyləri üçün idealdır
- Daha keyfiyyətli trafik SEO nəticəsində gəlir saytınıza
- Mobil axtarış sorğularında yüksək yer tutmağa başlayırsınız
- Yeni hədəf auditoriyasına çatmağı təmin edir
- Rəqiblərinizdən öndə olmağınıza imkan verir
- Trafik yerli SEO işləri ilə mağazaya cəlb edilə bilər
SEO-nu hansı növləri var?
- Sayt daxili SEO (On-page SEO)
- Sayt xarici SEO (Off-page SEO)
Sayt daxili SEO nədir?
Sayt daxili SEO-da veb saytınızı kontentindən tutmuş texniki parametrlərinə qədər optimizə etməlisiz. Ümumi dəyişikliklər etməniz gərəkən hissələr aşağıdakılardır.
- Title
- URL quruluşu
- Meta Description (Meta açıqlama)
- Asan istifadə yaxşılaşdırmaları
- Kontentlər
- Veb saytınızın sürəti və s.
Sayt xarici SEO nədir?
Sayt xarici SEO dedikdə yüksək DA-ə (Domain Authority) və trafikə malik sizə uyğun veb saytlardan backlink alınması işləri başa düşülür. Backlink almaq üçün müxtəlif yollar vardır. Backlink yazısına klikləyərək backlinklər haqqındakı məqaləmi oxuya bilərsiz.
Bundan başqa Ağ və Qara şapka SEO deyilən növlərə də ayrılır SEO. Nə üçün belə adlandırıldığın aşağıda izah edəcəm. Digər növlər də var ki sonra danışacam bunun haqda.
Qara şapka SEO nədir və necə edilir?
- gizli və hiyləgər yönləndirmələr
- gizli mətnlər
- çox sayda lazımsız açarsöz istifadəsi
- link manipulyasiyası
- əlaqəsiz backlinklər
- bloq şəbəkəsi, əlaqəsiz linklər (PBN)
- spam rəylər
Ağ şapka SEO nədir və necə edilir?
- istifadəçilər üçün faydalı kontent
- təbii backlinklər
- markalaşma
- kontent strategiyası (SEO yönümlü kontentlərin necə yazılmasına bu yazımdan baxa bilərsiniz.)
- sayt daxili optimizasiya işləri
- açarsöz araşdırması (keyword research)
- keyfiyyətə önəm vermək
Ağ şapka SEO nədir?; Google-un sıralama qaydalara uyğun olaraq hazırlanan və lazımı şəkildə görülən SEO işlərini əhatə edir. Burada söhbət, veb saytınızda keyfiyyətli və müvafiq məzmun yaratmaq, saytın optimizasiyası və düzgün backlinklərin əldə edilməsindən gedir. Bu həm də, istifadəçi təcrübəsini inkişaf etdirmək üçün uzunmüddətli bir strategiyadır.
Qara şapka SEO nədir?; Google-un axtarış nəticələrinə daxil olmaq üçün edilən, bütün Google qaydalarını pozan işləri əhatə edir. Bu yollarl Googe-un axtarış nəticələrinin başında olmaq daha asan ola bilər, amma Google bunu görəndə saytınızı cəzalandıracaq.
Reytinqde olan bütün amilləri sizə təqdim edə bilməsəm də, ən əsas və ən vaciblərini sizinlə bölüşmək istəyirəm.
- Doğru açarsöz və törəmələrdən istifadə
- SSL Sertifikatı
- Daxili-xarici bağlantılar
- Domain Nüfuzu (Domain Authority) (Bu yazımda domain və hostinq almaq üçün ən yaxşı saytları yazmışam)
- Domain Yaşı (Domain Age)
- AMP istifadəsi
- Saytın sürəti kimi sıralama amilləri var. Saytınızın sürətini, sürətini azaldan problemləri bu saytlardan yoxlaya bilərsiniz. Google Insight, GTMetrix, PingDom.
Bununla birlikdə, backlink profili ən vacib sıralama amili hesab olunur. Bir veb sayt tərəfindən alınan backlinklər saytın keyfiyyətini əks etdirir. Backlink, fərqli bir veb sayta yönləndirmək üçün bir veb sayt tərəfindən verilən bir linkdir.
Google axtarış nəticəsi səhifəsini yaradarkən saytlarının sıralanmasında 150-dən çox sıralama amilindən istifadə edir. Bunların bəzilərini bu yazımda görə bilərsiniz.
Bu yazımda SEO nədir, SEO-nun əsas faktorları və əsas Google sıralama amilləri haqqında məlumatı sizinlə bölüşdüm. SEO haqqında daha çox məlumat üçün baxa bilərsiniz. https://ilhambabayev.com/seo/