Texnologiya XəbərləriSEO

SSL nədir? SSL-in SEO-ya təsiri varmı? Pulsuz SSL almaq

Bu yazımda SSL nədir? SSL-in SEO-ya təsiri varmı? Pulsuz SSL necə almaq olar? suallarına cavab verməyə çalışacam.

SSL – İnternetdə təhlükəsiz məlumat mübadiləsini və sertifikat məlumatlarını təmin etmək üçün olan, tam adı Secure Sockets Layers olan şifrələmə protokollarıdır.

Bu sertifikatlar istifadəçi ilə veb sayt arasında şifrələmə aparır. SSL həm də TLS və ya Transport Layer Security protokolu da adlandırıla bilər.

Müasir veb brauzerlərdə istifadəçilər, bir veb sayt haqqında sertifikat, şəxsiyyət və digər məlumatları görmək üçün ünvan çubuğunda göstərilən SSL işarəsini vura bilərlər.

ssl nedir SSL nədir

 

Əgər e-ticarət veb saytı, üzvlük saytı və ya istifadəçidən bir ödəniş və ya parol təqdim etməsini tələb edən bir saytınız varsa, o zaman mütləq SSL sertifikatı istifadə etməlisiniz.

Veb saytınız SSL sertifikatı istifadə etmirsə, Chrome və digər müasir brauzerlər veb saytınız Not Secure yəni Təhlükəsiz Olmayan veb sayt kimi görəcəkdir.

 

http_not_secure

 

Bir veb sayt istifadəçisi olaraq, təhlükəsiz olmayan (not secure) etiketə sahib veb saytlarda həddindən artıq ehtiyatla davranmalısınız. Onlara heç bir şəxsi məlumat, kartlarınızın məlumatlarını, parollarınızı və s verməməyi məsləhət görürəm.

SSL nədir və necə işləyir?

SSL, ziyarətçi brauzeri ilə veb sayt arasında ötürülən məlumatı şifrələyərək qoruyur.

Bir istifadəçi SSL / HTTPs  (yəni SSL-lə qorunan) veb sayta daxil olduqda, brauzer əvvəlcə veb saytın SSL sertifikatının etibarlı olub olmadığını yoxlayır.

Hər şey yoxlanılırsa, brauzer məlumatların şifrələnməsi üçün veb saytın açıq açarından istifadə edir. Daha sonra bu məlumat, açar və gizli bir açar istifadə edərək şifrələndiyi yerdə nəzərdə tutulan serverə (veb səhifəyə) göndərilir.

Veb saytınız üçün SSL sertifikatını necə ala bilərsiniz?

Ən yaxşı hosting şirkətlərinin əksəriyyəti indi istifadəçilərinə pulsuz SSL sertifikatları təqdim edir.

Əgər hosting provayderiniz SSL sertifikatı təklif etmirsə, onda SSL sertifikatı almaq üçün Domain.com-dan istifadə etməyi məsləhət görürük.

Onlar dünyanın ən populyar domen qeydiyyatı xidmətlərindən biridir və ən əlverişli SSL qiymətlərini təklif edirlər.

Onların SSL sertifikatları 10.000 dollarlıq təhlükəsizlik qarantiyası və TrustLogo möhürü ilə siğortalanır. SSL sertifikatı aldıqdan sonra, hosting provayderinizdən bunu sizin üçün quraşdırılmasını istəyə bilərsiniz.

Bundan başqa 3 ay müddətinə pulsuz SSL sertifikatı da ala bilərsiz. Bunun üçün bu sayta baxa bilərsiniz. https://www.sslforfree.com

Burada veb saytınızı qeyd etdikdən sonra tapşırılan faylları əlavə edərək 3 ay müddətində pulsuz SSL sertifikiatı ilə veb saytınızı təhlükəsiz edə bilərsiniz.

SSL sertifikatınızın olması saytınızın Google sıralamasına təsir edirmi?

Google’un özü təsdiq edir ki, SSL sertifikatı olan etibarlı bir veb saytın olması SSL sertifikatı olmayan etibarlı saytlardan üstünlüyə sahib olacaqdır. Bununla birlikdə, bir veb saytın axtarış reytinqinə SSL sertifikatının dəqiq təsirini müəyyənləşdirmək çətin ola bilər, çünki veb saytın dərəcəsini müəyyən edən bir çox amil var. Bu amillin bəzilərinə bu məqaləmdən baxa bilərsiz.

Qeyd etmək lazımdır ki, SSL sertifikatına sahib olmaq, veb saytınızı SERP-lərin (axtarış motorlarının nəticələrinin) üstünə sehrli şəkildə qaldırmayacaqdır. SSL ilə yanaşı digər bütün SEO amillərini də nəzərə almalısınız.

Ümid edirəm ki, bu məqalə sizə SSL nədir, SSL necə işləyir, SEO-ya təsirləri və  Pulsuz SSL almaq haqda sizə məlumat verə bildi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button