Məlumat

Tərcümeyi hal numunesi – Tercumeyi hal nece yazilir?

Tercumeyi hal – bir şəxs haqqında olan bioqrafik məlumatların toplusudur. Tərcümeyi hal dövlət qurumları, böyük şirkətlər və s. tərəfindən işə qəbul olunarkən tez-tez istifadə olunur. Müəssisələrdə işləyərkən tələb olunur. Bəzi şirkətlər CV formasi ilə birlikdə sizin Tercumeyi hal nümunə da tələb edirlər. Bəs tərcümeyi hal nümunə forması necə yazilir?

Yazıda sizə bir neçə Tercumeyi hal numuneleri 2021 ve tercumeyi hal nece yazilir göstərəcəyəm.

Tərcümeyi hal – əl yazısı ilə, qaralama olmadan və düzəliş edilmədən yazılmalıdır. Tərcümeyi hal formasında bilgiləriniz ardıcıl və dəqiq şəkildə yazılmalıdır. Aşağıdakı məlumatlar tercumeyi halda qeyd olunur:

  • ad, soyad, atasının adı, doğum ili, doğulduğu yer, milliyyəti;
  • harada, nə vaxt və hansı tədris müəssisəsində təhsil alması, ixtisası;
  • işləməyə haçandan, harada və hansı vəzifədə başlamışdır; işlədiyi bütün müəssisələrin adı, idarə və təşkilatların yerləşdiyi ünvanlar, iş yerini dəyişməsinin səbəbləri yazılır;
  • hərbi xidməti haqda məlumatları;
  • ailə vəziyyəti və nikaha nə vaxt daxil olmaqları haqda məlumatlar;
  • yaxın qohumlar haqqında ümumi məlumatılar;

Aşağıdakı tercumeyi hal numune formalarda bilgiləri özünüzkülərlə dəyişərək istifadə edə bilərsiniz.

TƏRCÜMEYİ-HAL FORMASI

Mən Aygün Faqil qızı Əliyeva 1963-ci ildə Gəncə şəhərində anadan olmuşam. 1980-ci ildə 11 nömrəli orta məktəbi bitirmişəm.  Elə həmin il Bakı Dövlət Unversitesinə  daxil olmuşam. 1984-cü ildə oranı bitirmişəm.

Universiteti və maqistraturanı bitirdikdən  sonra laborant vəzifəsində işləmiş, 1986-ci ildən müəllim vəzifəsində işləmişəm.  2010-cu ilədək orada işləmişəm.

Atam, Faqil Adil oğlu Babayev 1930-ci ildə anadan olmuşdur, “ABC” şirkətində baş mühəndisidir.

Anam, Günay Heydər qızı Mehdiyeva 1933-ci ildə anadan olmuşdur, “Neft Emalı Zavod”unda mühasib vəzifəsində işləyir.

Qardaşım, Orxan Faqil oğlu Mehdiyev 1955-ci ildə anadan olmuşdur.  S. Vurğun adına Rus Dram Teatrında aktyordur, evlidir, iki uşağı var.

Ərim, Cavanşir Rüstəm oğlu Əliyev 1957-ci ildə anadan olmuşdur, “XYZ” şirkətində Memar-Konstruktor kimi işləyir.

Oğlum, Ceyhun Əliyev1997-ci ildə anadan olmuşdur, uşaq bağçasına gedir.

Tercumeyi hal yazarda ən əsas tələblər hansılardır?

  • Tercumeyi halda doğulduğunuz gün, il, ay (ölkə, şəhər, rayon, kənd) yazılmalıdır.
  • Qeyd olunan mövzular dəqiq və ardıcıl olmalıdır. Xronologiyaya tərcümeyi hal nümunəsində diqqət olunmalı haldır.
  • Tərcümeyi hal yazanın əl yazısı ilə yazılmalıdır.
  • Tərcümeyi haquruluşuna görə sadə və mürəkkəb növlərdə olur. Sadə tercumeyi hal ibtidai siniflərdə olur, qısa həcmli olur. Sadə tercumeyi halda şagirdlər ancaq özləri haqqında məlumat yazırlar.
  • Mürəkkəb tərcümeyi hal-da isə insanin özü və valideynləri haqda, onların məşğuliyyətləri haqda qısa məlumatlar yazılır.

Aşağıda sizə bir neçə tərcümeyi hal nümunə forması göstərəcəm. Tərcümeyi-hal nümunələri:

tercumeyi hal numuneleri Digər bir tərcümeyi hal nümunə forması tercumeyi hal numunesi

Tərcümeyi hal blank nümunə formasını burdan yükləyə bilərsiniz.

Tərcümeyi Hal Blank

Daha çox məlumat üçün baxa bilərsiniz. https://ilhambabayev.com/melumat

Əlaqəli məqalə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button